28 Mart 2019 17:49
496
DÜNYA
A- A+

BMT TŞ ABŞ-ın Colanla bağlı qərarını dəstəkləmədi


Suriya işğal olunmuş Colan təpələri ətrafındakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasını (TŞ) təcili iclas keçirməyə çağırmışdır. Çağırış ABŞ-ın İsrailin Colan yüksəklikləri üzərində suverenliyini tanımaq qərarına cavab olaraq Suriyanın BMT-dəki daimi nümayəndəsi tərəfindən səsləndirilmişdir. Bu barədə "Anadolu” agentliyi xəbər verir.

Xatırladaq ki, bu günlərdə Prezident Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunun iştirakı ilə Ağ evdə "ABŞ-ın İsrailin Colan təpələri üzərində suverenliyinin rəsmən tanınması haqqında” fərman imzalamışdır.

Sənədi imzaladıqdan sonra Amerika lideri vurğulamışdır ki, ABŞ "İsrailin özünümüdafiə hüququnu qoruyacaq”. Dünən BMT TŞ-nin iclası keçirilmiş və heç bir ölkə ABŞ-ın Colan təpələri ilə bağlı qərarını dəstəkləməmişdir. Qurumda təmsil olunan 14 ölkə yekdilliklə razılaşmışdır ki, Colan təpələri İsrailin tərkib hissəsi deyil.

Bu arada Avropa İttifaqı da İsrailin Suriyaya məxsus Colan təpələri üzərində suverenliyini tanımayacağını bəyan etmişdir. Bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerininin bəyanatında məlumat verilir.

İsrail 1967-ci ildən Suriyanın Colan təpələrinə nəzarət edir.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video