28 Mart 2019 17:42
306
DÜNYA
A- A+

Kanada Snoudeni gizlətmiş qadına sığınacaq verdi


Kanada ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) və Milli Təhlükəsizlik Agentliyinin (MTA) sabiq əməkdaşı Edvard Snoudenə onun Honq Konqa gizlənməkdə kömək etmiş Filippin vətəndaşı, 42 yaşlı Vanessa Rodelə və 7 yaşlı qızı Keanaya qaçqın statusu vermişdir. Bu barədə "CBC News” telekanalı xəbər verir.

Məlumata görə, Rodel 2013-cü ildə öz mənzilində Snoudeni gizlətmişdir.

2002-ci ildə Vanessa Rodel Filippindən Honq Konqa gəlmiş və orada qaçqın statusu almaq üçün müraciət etmişdir. Lakin o, hökumətdən rədd cavabı almışdır.

Dünən Kanadanın Toronto şəhərində Rodel jurnalistlərə bildirmişdir ki, "özünü çox rahat və azad hiss edir”.

Kanadanın xarici işlər naziri Xristya Friland bu məlumata şərh verməmişdir.

Xatırladaq ki, Rusiyada mühacir həyatı yaşayan Edvard Snouden 2013-cü ildə məxfi sənədlər dərc etmişdir. Həmin sənədlərə görə, MTA ABŞ-ın bütün internet provayderlərinin şəxsi məlumatlarını əldə edir və məhkəmənin icazəsi olmadan şəbəkədəki əcnəbi vətəndaşların yazışmalarını oxuya bilir. Bundan əlavə, məlum olmuşdur ki, MTA-nın ABŞ-ın xaricdəki diplomatik nümayəndəliklərində yaratdığı məxfi şöbələr əcnəbi dövlətlərin hökumət binalarında danışıqlara qulaq asırmış.

Snoudenin aşkarladığı sənədlər, həmçinin sübuta yetirmişdir ki, ABŞ Böyük Britaniya kəşfiyyatı ilə birgə bütün dünyada dinləmələr həyata keçirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video