28 Mart 2019 00:48
1333
Qanunlar
A- A+

“Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:

"Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 158; 2002, № 5, maddə 245; 2003, № 12, I kitab, maddə 674; 2007, № 5, maddə 442, № 6, maddə 596; 2016, № 3, maddə 430) aşağıdakı dəyişikliklər edilsin:

1. 12-ci maddənin birinci hissəsində birinci halda "və” sözü ", elektron və digər” sözləri ilə əvəz edilsin.

2. 15-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

"Dövlət və qeyri-dövlət nəşriyyatları, nəşriyyat fəaliyyəti ilə məşğul olan poliqrafiya müəssisələri və digər hüquqi şəxslər (qəzet və jurnal redaksiyaları istisna olmaqla) buraxdığı çap məhsullarının:

- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) kitabxanasına 3 pulsuz məcburi nüsxəsini;

- profilinə uyğun olaraq, Azərbaycan Respublikası Milli Məclisinin və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) kitabxanalarına 2 pulsuz məcburi nüsxəsini göndərməlidirlər.

Azərbaycan Respublikasında nəşr olunan bütün qəzet və jurnal redaksiyaları buraxdığı qəzet və jurnalların 2 pulsuz məcburi nüsxəsini bu maddənin birinci hissəsində göstərilmiş kitabxanalara göndərməlidirlər.

Sifarişçi ilə nəşriyyat (naşir) arasında bağlanmış müqavilədə nəzərdə tutulduğu halda bu maddədə müəyyən edilmiş məcburi nüsxələrin elektron variantları da kitabxanalara təqdim edilir.

Kitabxanaların pulsuz məcburi nüsxələrlə (o cümlədən onların elektron variantları ilə) təchizatı qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Kitabxana fondunun tərkibinə daxil olan obyektlərdən istifadə "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirilir.”.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 fevral 2019-cu il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video