27 Mart 2019 17:25
562
DÜNYA
A- A+

İranda təbii fəlakət insan tələfatına və dağıntılara səbəb olmuşdur


İran Prezidenti Həsən Ruhani ordunu leysan yağışlarının törətdiyi və insan tələfatına səbəb olmuş daşqın zonasındakı yaşayış məntəqələrində suyun səviyyəsinin azaldılması üçün bütün qüvvələri səfərbər etməyə çağırmışdır.

Prezident həmçinin İranın Meteoroloji İdarəsinə əlverişsiz hava şəraiti barədə əhalini vaxtında məlumatlandırmaqla bağlı tapşırıq vermişdir. Ruhaninin dediyinə görə, əhali leysan yağışları başlamazdan 48-72 saat əvvəl bu barədə xəbər tutmalıdır.

Bu arada İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı Məhəmmədəli Cəfəri ölkənin şimal-şərqində yerləşən Gülüstan vilayətinə səfər etmişdir. O bildirmişdir ki, daşqınlardan zərər çəkmiş yaşayış məntəqələrinin sakinlərinə humanitar yardım çatdırılır.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video