Alternative content

16:03 25 May 2019
ONLINE XƏBƏR LENTİ
11:07 25.05.2019 Saxta balın zərərləri
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ağır qidalanmadan sonra qaraciyərin bərpası
Ağır qidalanmadan sonra qaraciyərin bərpası
ANA SƏHİFƏ / Səhiyyə
16:18 27.03.2019

Müxtəlif məclis və qonaqlıqlar, yeyib-içmək süfrələri ağızlara dad gətirsə də, ertəsi gün xoşagəlməz nəticələrlə üzləşirik. Səhəri gün başda yaranan ağrı, mədə nahiyəsində narahatlıq hissi əksər hallarda həmin qidalanmanın nəticəsi olur.

Ağır qidalanmadan sonra qaraciyəri bərpa etmək üçün mövcud üsullardan danışan həkim-fitoterapevt Esmira Zeynalova AZƏRTAC-a deyib: "Qaraciyərin özünü yeniləmə qabiliyyəti güclüdür. Onun bərpa prosesinə zərərli vərdişlərdən imtina edəndən sonra başlamaq lazımdır. Qida, xüsusilə yağlı yeməklər normadan artıq qəbul ediləndə bağırsaqda külli miqdarda yağ turşuları əmələ gəlir və qanla qaraciyərə daşınır. Qaraciyər hüceyrələrində triqliseridlərin toplanması mübadilə proseslərini pozur və piy distrofiyasının inkişafına səbəb olur.

Acı qudaların qəbulu qaraciyərin işini yaxşılaşdırır. Bəzi acı dada malik göyərtilər qaraciyərdə öd ifrazını artırır və toksiki maddələrin xaric olmasını sürətləndirir. Məsələn, kahı və vəzəri həmin göyərtilərə aiddir. Balqabaq, yerkökü, çuğundur, ağ turp, ənginar, brokkoli, Brüssel, ağbaş və gül kələmi kimi tərəvəzlər güclü ödqovucu təsir göstərir”.

Qidalanma barədə danışan həkim-fitoterapevt deyib: "Yerfındığından başqa bütün ləpələr, əsasən qoz, fındıq, badam, keşyu, həmçinin balqabaq və günəbaxan tumları qaraciyərin qoruyucularıdır. Onlar əvəzolunmaz essensial fosfolipidlər və antioksidantlarla zəngin olduğuna görə qaraciyər hüceyrələri üçün inşaat materialı rolunu oynayır və sərbəst radikalları neytrallaşdıraraq hepatositlərin zədələnməsinin qarşısını alır. Qaraciyərin təmizlənməsi üçün maqnezium-sulfatlı mineral sular çox faydalı hesab olunur.

Səhər süfrəsində kolbasalı buterbrodları meyvələr və onların sirələri ilə əvəz etməklə qaraciyərin yükünü azaltmaq olar. Alma və armud şirələri daha faydalıdır. Onların tərkibində xolesterini neytrallaşdıran və toksinləri orqanizmdən xaric edən pektin maddələr var. Giləmeyvələrdə qaraciyər üçün vacib olan başqa maddələr, papain və koenzim daha çoxdur. Qaraciyərin müalicəsi üçün yağsız süd məhsulları, bal, qarabaşaq və yulaf yarmaları qəbul edilməlidir. Ən faydalı axşam yeməyi isə kəsmik, suda bişirilmiş yağsız ət və tərəvəzlərdir. Müasir dövrdə ekoloji mühitin çirklənmə dərəcəsini nəzərə alsaq, böyük şəhərlərdə yaşayanların orqanizminə daxil olan toksinləri neytrallaşdırmaq üçün hər gün 700-800 qram çiy meyvə və tərəvəzlə qidalanmaq lazımdır”.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM