27 Mart 2019 13:14
396
DÜNYA
A- A+

Dünyanın ən böyük qaçqın düşərgəsi bağlana bilər


Keniya hökuməti növbəti dəfə bu ölkədə yerləşən və dünyanın ən böyük qaçqın düşərgəsi hesab edilən Dadaab düşərgəsini bağlamağa hazırlaşır.

AZƏRTAC xəbər verir ki, hökumətin bu barədə müraciəti BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına (BMT QAK) daxil olub. Beynəlxalq təşkilatdan verilən məlumata görə, qaçqın düşərgəsinin bağlanması növbəti yarım il üçün planlaşdırılır. Keniya hökuməti BMT QAK-a bu düşərgədə məskunlaşan 230 min qaçqının başqa yerlərə köçürülməsi prosesini sürətləndirməyi xahiş edib.

Qeyd edək ki, hələ 2016-cı ildə Keniya hökuməti Dadaab düşərgəsini bağlayacağını elan etmişdi. Həmin vaxt Somalidə hökumətə qarşı vuruşan qiyamçıların gizlənmə və öz sıralarına yeni üzvlərin qəbulu üçün düşərgədən sui-istifadə edilməsi iddia olunurdu. Lakin Keniyanın Ali Məhkəməsi hökumətin bu planını rədd etdi və düşərgənin bağlanmasını ölkənin beynəlxalq öhdəliklərini pozması və qaçqınların təqibi kimi dəyərləndirdi.

Əslində 90 min qaçqın üçün nəzərdə tutulan və Keniyanın Somali ilə sərhədləri ilə yaxınlığında yerləşən düşərgədə əsasən vətəndaş müharibəsi və quraqlığa görə Somalidən qaçmış insanlar məskunlaşıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video