26 Mart 2019 15:38
755
Mədəniyyət
A- A+

Əməkdar artist flarmoniyada konsert verəcək

Əməkdar artist İlham Nəzərov musiqisevərləri 27 mart 19:00-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının kamera və orqan musiqisi zalında keçiriləcək kamera vokal musiqisi axşamına dəvət edir .
Nəzərinizə çatdırırıq ki , Konsertdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimi, Azərbaycan Respublikasının Əməkdar artisti İlham Nəzərov və Bakı Musiqi Akademiyasının doktorantı Günel Bəkirovanın ifasında F.Şubertin " Qu quşunun nəğməsi" vokal məcmuəsi s əslənəcəkdir.
Qeyd edək ki, səsləndiriləcək əsər kontratenorun ifasında dünyada ilk dəfə olaraq ifa edilir və dünya premyerasıdır. Məcmuəyə daxil olan mahnılar qəmli və dərin fəlsəfi məzmunlu olması ilə seçilir . Ü .Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimi, Beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Respublikasının Əməkdar artisti İlham Nəzərov dəfələrlə ölkəmizi bir çox mötəbər tədbirlədə uğurla təmsil etmişdir . Bunlardan "Vokalçıların Müslüm Maqomayev adına IV Beynəlxalq
Müsabiqəsi" birinci yer , 2017-ci ildə Rusiya Federasiyasında keçirilən " Big opera İnternational competition 2017" müsabiqəsində laureat , 2018-ci ildə Qazaxstanın Astana şəhərində " İnternational competition of estrada singing " müsabiqəsində laureat , 2018-ci ildə ABŞ-da keçirilən " The best vocal coach in the word " müsabiqəsində Qrand-Pri və digər u ğurlarını qeyd etmək olar .
İfaçı daim vətənimizin tarixi günləri ilə bağlı bir çox konsertlərdə fəal iştirak edir . Məhz sonuncu dəfə 2019-cu il 25 fevral tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının kamera və orqan musiqisi zalında "Xocalı faciəsi"nə həsr olunmuş tədbir və 31 mart "Azərbaycanlıların Soyqırımı Günü " nə həsr olunan konsert isə ifaçın ın böyük patriot və vətənini sevən vətəndaş olduğunu bir daha təsdiq edir . Konsertdə fortepianoda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının doktorantı Günel Bəkirova ifa edəcəkdir.
F.Şubertin " Qu quşunun nəğməsi” vokal məcmuəsinə daxil olan mahnılar arasında hər hansı bir sujet və ya dramaturji xətt yoxdur . Bu əsərlərin yaranma dövrü onları bir-birinə bağlayan əsas səbəbdir. Məcmuəyə 14 mahnı daxildir . Onlar 1828-ci il avqust ayında, yəni bəstəkarın ölümündən bir neçə ay qabaq bəstələnmişdirlər.
Məcmuədə yer alan mahnılar üç şairin sözlərinədir: L.Relştab , H.Heyne , İ.Q.Zeydl . 1828-ci ilin avqust ayında H.Heynenin sözlərinə 6 mahnı, daha sonra L.Relştabın sözlərinə 7 mahnı, ölümündən bir ay qabaq isə, yəni oktyabr ayında İ.Q.Zeydlin "Göyərçin poçtu ” şeirinə mahnısını yazır. Bəstəkarın ölümündən sonra naşir T.Haslinqer F.Şubertin qardaşından mahnıların əlyazmasını alaraq onları məcmuə şəklində birləşdirir və onu ” Qu quşunun nəğməsi” adlandırır. Qədim yunan əfsanəsinə görə qu quşu nakamlığı bildirir və sanki ölümündən qabaq mahnısını oxuyur . Məcmuədə yer alan mahnılar məzmunu F.Şubertin həyatında 1824-cü ildən başlayaraq hakim olan dərin faciyə və kədər
hissinin , onun yaşantılarının əksidir. Mahnılar öz məzmununa görə fərqlidirlər və bir-biri ilə əlaqəli deyildirlər. Məsələn burada "Məhəbbət carçısı” və " Vida ” qayğısız və işıqlıdırlar. H.Heynenin sözlərinə yazılmış mahnılar isə daha qəmli və dramatikdirlər (" Onun portreti ”, " Oxşar ”, " Atlas ”, "Şəhər”, "Dəniz”). Məcmuəni "Göyərçin poçtu ” mahnısı tamamlayır. Bəstəkar bu mahnını ölümündən bir neçə gün əvvəl yazmışdır. Yüngül intonasiya , şən və qayğısız xarakterli mahnıdan "Oxşar”ın müəllifini çətin müəyyən etmək olar . Məcmuəyə daxil olan mahnıları monoloqdur . Onların hər biri psixoloji şəkil və dramatik səhnə xarakterlidirlər. Onların əsasında insanın mənəvi hal və vəziyyəti durur .
Qeyd etmə k lazımdır ki , konsert 31 mart A zərbaycanlıların Soyqırımı Günü nəhəsr edilmişdir . F.Şubertin " Qu quşunun nəğməsi” vokal məcmuəsindəki əsas dramaturji xətt olan insanın daxili faciəsi xalqımızın yaşadığı ağır və faciəli günlərə bir ithaf xarakteri daşıyır.

"Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video