25 Mart 2019 17:12
470
CƏMİYYƏT
A- A+

Məktəblilər Lənkəranla tanışlığı davam etdiriblər


"Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçısı olan Abşeron, Sumqayıt, Mingəçevir, Naftalan şəhərlərinin, Siyəzən, Şabran, Xızı, Qubadlı və Laçın rayonlarının məktəbliləri martın 24-də Lənkəran rayonu ilə tanışlığı davam etdiriblər.

AZƏRTAC xəbər verir ki, tur-aksiya iştirakçıları əvvəlcə Hirkan Milli Parkına gəliblər. Məktəblilərə məlumat verilib ki, Lənkəran və Astara inzibati rayonlarının ərazisində yerləşən Hirkan Milli Parkı zəngin flora və faunasına görə nəinki Azərbaycanın, dünyanın ən nadir milli parkı hesab olunur. Burada buzlaşma dövründən qabaqkı endemik, relikt dövr bitkiləri, o cümlədən heyvanat aləmi qorunub saxlanılır.

Ərazisi 40 min 358 hektar olan Hirkan Milli Parkında Azərbaycanın "Qırmızı kitab”ında olan ağac və kol bitkilərinin yarıdan çoxuna təsadüf edilir. Parkda təkcə nadir bitki aləmi deyil, nəsli tükənməkdə olan heyvan növləri də mühafizə olunur.

Hirkan Milli Parkı ilə tanışlıqdan sonra məktəblilər "Xanbulan” İstirahət Mərkəzinə səfər edib, çay plantasiyalarında olublar.

Məktəblilərə məlumat verilib ki, Lənkəranda ilk dəfə çay bitkisi 1898-ci ildə əkilib. Sovetlər dövründə Azərbaycan əhalisinin çaya olan tələbatının 70 faizini respublikada istehsal edilən çay məhsulu ödəyib.

Bildirilib ki, uzun müddət tənəzzül dövrünü yaşayan çayçılıq təsərrüfatı regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında müəyyən edilmiş tədbirlərin icrası nəticəsində özünün yeni dirçəliş dövrünü yaşayır.

Lənkəran şəhərindəki "Qoşa Qala qapıları”, "Mayak” binası, Bayraq Meydanı, Həzi Aslanov parkı, "Samovar” şəhərciyi ilə tanışlıq da məktəblilərin böyük marağına səbəb olub.

Tur-aksiya iştirakçıları, həmçinin Azərbaycanlıların Soyqırımı Abidəsini ziyarət ediblər.

Lənkəranla tanışlıqdan sonra məktəblilər martın 25-də səyahətlərini Masallı və Astara rayonlarında davam etdirəcəklər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video