24 Mart 2019 19:59
977
Səhiyyə
A- A+

Sümük vərəmi




Vərəm "Mycobacterium tuberculosis”, yəni vərəm bakteriyalarının əmələ gətirdiyi bir xəstəlikdir və daha çox hava-damcı yolu ilə yayılır. Sümük vərəmi bu xəstəliyin ağciyər vərəmindən sonra ən təhlükəli növü olub, həmin bakteriyanın sümüyə keçməsi nəticəsində yaranır. Ən çox onurğada müşahidə edilir. Onurğa sütünunun vərəminin xüsusi adı Pott xəstəliyidir. Xəstəliyə dəqiq diaqnoz qoymaq üçün pasiyentlər vərəm üçün testlərdən keçməli və həmin bölgədən alınan toxumalar biopsiya edilməlidir.

Bu barədə AZƏRTAC-a Mərkəzi Neftçilər Xəstəxanasının uzman ortoped-travmotoloqu Vüqar Quliyev məlumat verib.

Mütəxəssis bildirib ki, sümük vərəminin ən çox ikincili formasına rast gəlinir. Yəni əvvəllər ağciyərdə vərəm olub və sonradan qan və ya limfa yolu ilə infeksiya sümüyə keçib. Amma nadir hallarda sümük vərəmi birincili də ola bilər. O zaman xəstəlik sümüyün özündə yaranır: "Xəstənin onurğasında ağrılar olur, gecə tərləmələri subfebril qızdırma müşahidə edilir, normal müalicələr nəticə vermir. Simptomlar qarışıq olduğu üçün xəstəliyin diaqnozunu qoymaq çətindir. Müayinə və testlər nəticəsində dəqiq diaqnoz qoyulduqdan sonra xəstəliyə uyğun xüsusi müalicə aparılır. Xəstəlik kişi və qadınlar arasında təxminən eyni hallarda rast gəlinir. Lakin sosial-ekonomik və yaşayış şəraitindən asılı olaraq daha çox kişilər bu xəstəlikdən əziyyət çəkirlər. Sümük vərəmi adətən 40 yaşdan sonra qeydə alınır. Xəstələrin yaşayış mühitinə görə infeksiyanın yayılma sıxlığı artır. Sümük vərəmində də adi vərəmdəki kimi uzunmüddətli, yəni 6-18 ay müddətində müalicəyə ehtiyac var. Müalicə nəticələri müsbətdir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video