22 Mart 2019 09:39
751
İDMAN
A- A+

"Avro 2020": Azərbaycan millisi Xorvatiya yığmasına minimal hesabla uduzub


İkinci hissəyə Xorvatiya millisi daha fəal başlayıb. Matçın 79-cu dəqiqəsində Andrey Kramariç komandasının ikinci topunu millimizin qapısından keçirib və bu, oyunda vurulan sonuncu qol olub.

Beləliklə, oyun ötən il Rusiyada keçirilən dünya çempionatının gümüş medalçısı Xorvatiya yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.

***

Qarşılıqlı hücumlar şəraitində başlayan oyunun 14-cü dəqiqəsində millimizin üzvü Ramil Şeydayev hesabı açmağa yaxın olsa da, Xorvatiya millisinin qapıçısı Lovre Kaliniç topu geri qaytarıb. Azərbaycan millisi 5 dəqiqə sonra istəyinə nail olub. Belə ki, R.Şeydayev baxımlı qolla komandamızı hesabda önə çıxarıb.

Matçın 44-cü dəqiqəsində xorvatiyalı futbolçu Borna Barişiç hesabı bərabərləşdirib və matçın ilk hissəsi 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.


***
Futbol üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxıb.

AZƏRTAC xəbər verir ki, millimiz səfərdə Xorvatiya yığması ilə qarşılaşır. Zaqreb şəhərindəki "Maksimir” stadionunda keçirilən oyunu Bolqarıstandan olan hakimlər briqadası idarə edir. Matçın baş hakimi Georgi Kabakovdur.

Bu görüş yığmamızın baş məşqçisi Nikola Yurçeviç üçün əlamətdardır. Belə ki, xorvatiyalı mütəxəssis öz ölkəsində millimizin baş məşqçisi kimi debüt edir.

İndiyədək Azərbaycan və Xorvatiya milli komandaları iki dəfə üz-üzə gəliblər. Avropa çempionatının seçmə mərhələsi çərçivəsində 2014-cü il oktyabrın 13-də millimizin səfərdə keçirdiyi oyun Xorvatiya millisinin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bir il sonra sentyabrın 3-də Bakıda oynanılan matçda isə hesab açılmayıb.

"Avro 2020”nin seçmə mərhələsində Azərbaycan millisi Xorvatiya, Uels, Slovakiya və Macarıstanla birgə "E” qrupunda yer alıb. Qrupun digər oyununda Slovakiya öz meydanında Macarıstan yığması ilə qarşılaşır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video