19 Mart 2019 22:03
384
SİYASƏT
A- A+

Filip Qotye: Azərbaycanın Birinci vitse-prezidentinin Fransa səfəri ikitərəfli əlaqələrin inkişafına mühüm töhfələr verəcək


Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransa səfəri iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının, eləcə də ikitərəfli münasibətlərin inkişafı və möhkəmlənməsi perspektivlərinin mövcudluğunu bir daha xatırlatdı. Bu səfər çərçivəsində çox mühüm sazişlər – "Thales” şirkəti və Bakı Metropoliteni, Mərkəzi Bank və Rotschild & Cie bankı, eləcə də Azərbaycan Respublikası ilə Fransa İnkişaf Agentliyi (AFD) arasında sazişlər imzalandı. Çox şadıq ki, MEDEF İnternational ilə sıx əlaqələri olan Fransa İnkişaf Agentliyi (AFD) Azərbaycanla işləyəcək.

Bu fikirləri MEDEF İnternationalın baş direktoru Filip Qotye AZƏRTAC-a müsahibəsində söyləyib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransa səfərinin əhəmiyyətini xüsusi vurğulayan F.Qotye 2019-cu ilin ikitərəfli əlaqələrin inkişafı baxımından zəngin il olacağından xəbər verdiyini bildirib.

"Azərbaycanla sıx və zəngin əlaqələr qurulmasını arzulayırıq. Ümid edirik ki, tezliklə Fransa tərəfindən Azərbaycana yüksək səviyyəli səfərlər reallaşacaq. MEDEF İnternational olaraq, biz ikitərəfli iqtisadi əlaqələrin inkişafına maksimum töhfələr verməyə çalışacağıq. Digər layihələrlə yanaşı, istərdik ki, Bakıya fransız şirkətləri nümayəndələrinin ən yüksək səviyyəli tarixi səfərini də reallaşdıraq. Bu barədə tezliklə rəsmi məlumat verəcəyik”, - deyə F.Qotye bildirib.

Baş direktor Azərbaycanda öz bürolarını açmaq istəyən yeni müəssisələr və sərmayəçilərin iştirakı ilə əlaqələrin şaxələndirilməsinin, eləcə də Avropa bazarlarına məhsullarını çıxaracaq Fransa-Azərbaycan birgə müəssisələrinin yaradılmasının çox vacib olduğunu diqqətə çatdırıb.

F.Qotye deyib: "Çalışmalıyıq ki, azərbaycanlı sərmayəçiləri də Fransaya cəlb edək. Ümid edirəm ki, 2019-cu il ikitərəfli əlaqələr sahəsində ən zəngin, məhsuldar il olacaq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video