19 Mart 2019 15:35
417
CƏMİYYƏT
A- A+

“Şəhidimiz” kampaniyasına qoşulan könüllü gənclər Xaçmazda şəhid ailələrinin qonağı olub


Prezident İlham Əliyevin gənclərə vətənpərvərlik və milli-mənəvi dəyərlərə bağlılıq barədə tövsiyələrindən ruhlanan bir qrup gənc şəhid ailələri ilə həmrəylik kampaniyasına start verib. Aprel döyüşlərində qəhrəmancasına şəhid olan polkovnik-leytenant Raquf Orucovun oğlu Aqşin Oruclunun təşəbbüsü ilə başlanan "Şəhidimiz” (#ŞƏHİDİMİZ) adlı kampaniyaya gənc könüllülər, "ASAN Könüllüləri”, "Regional İnkişaf” İctimai Birliyinin Könüllüləri, Formula 1 könüllüləri, "BİR” tələbə könüllüləri, "Aqrar İnkişaf Könüllüləri”, "Cavan” Gənclər Hərəkatı İctimai Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Azərbaycan Skautlar Assosiasiyasının fəalları qoşulublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, martın 19-da könüllülər Xaçmaz rayonunda şəhid ailələrinin qonağı olub, onlara bayram sovqatı aparıblar.

Könüllülər əvvəlcə Xaçmaz Şəhidlər xiyabanına gələrək torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən oğullarının xatirəsini anıblar.

Daha sonra könüllülər Aprel döyüşlərində şəhid olan Elvin Qayıbov və Elvin Mirzəyevin ailə üzvləri ilə görüşüblər.

Kampaniya Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi və təbliği, şəhid ailələri ilə ölkə gəncliyinin həmrəyliyini nümayiş etdirmək məqsədi daşıyır. Gənclər Novruz bayramı ərəfəsində Aprel şəhidlərinin ailələrini ziyarət edib, onlarla həmsöhbət olub və dəstəklərini nümayiş etdiriblər. Bayram ziyarətlərində bütün ailələrə Novruz sovqatı çatdırılıb.

Qeyd edək ki, kampaniya bayram günlərində də davam edəcək. Bu hərəkatda iştirak etmək istəyən gənclər www.shehidimiz.az saytına daxil ola və ya sosial şəbəkələrdə #ŞƏHİDİMİZ həştəqi ilə paylaşımlar edə bilərlər.

Şəhidlərimizin əziz xatirəsinin uca tutulması, gənclər arasında vətənpərvərlik hissinin yüksəldilməsi və onların milli ruhda yetişməsi üçün #ŞƏHİDİMİZ kampaniyası ilboyu müxtəlif tədbir və layihələrlə davam edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video