19 Mart 2019 13:15
413
SİYASƏT
A- A+

Əli Həsənov: Bob Woodwardın "Fear: Trump in the White House" kitabında yayılan məlumat yalan və saxtadır


Prezident İlham Əliyevin guya Prezident Donald Trampa yanlış məlumat verməsi barədə iddiaların heç bir əsası yoxdur



Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ildə ABŞ-a səfəri zamanı Prezident Donald Trampa yanlış məlumat verməsi barədə irəli sürülən iddialarla bağlı AZƏRTAC-a açıqlama verib.

Əli Həsənov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ildə ABŞ-a səfəri zamanı Prezident Donald Trampa yanlış məlumat verməsi barədə "The Washington Post" qizetındə çalışan jurnalist Bob Woodwardın "Fear: Trump in the White House" kitabında əks olunmuş iddialar tam yalan və saxtadır. Prezident İlham Əliyev və Prezident Donald Tramp arasında cəmi bir dəfə - ABŞ-da keçirilmiş son prezident seçkilərindən dərhal sonra telefon danışığı olub, söhbət zamanı iki dövlət arasında əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivi ilə bağlı fikir mübadiləsi aparılıb.

Prezidentin köməkçisi deyib ki, 2017-ci ilin sentyabrında BMT Baş Assambleyasının 72-ci sessiyasının açılışında iştirak etmək üçün ABŞ-a səfəri zamanı Prezident İlham Əliyevin ABŞ-ın dövlət başçısı ilə görüşü protokol xarakteri daşıyıb, həmin zaman heç bir söhbət olmayıb, yalnız foto-video çəkiliş həyata keçirilib. Buna görə də kitabda həmin görüşdə Azərbaycan Prezidentinin cənab Donald Trampa guya Çin Xalq Respublikasının Əfqanıstanda iqtisadi fəaliyyəti ilə bağlı hər hansı məlumat verməsi barədə irəli sürülən iddia "fake” informasiyadır və müəllifin fantaziyasından başqa bir şey deyil.

Əli Həsənov bildirib ki, ümumiyyətlə, Azərbaycan xarici siyasət məsələlərində yalnız öz milli maraqlarını rəhbər tutur və heç vaxt başqa ölkələr arasında siyasi, iqtisadi, humanitar və digər əlaqələrə müdaxilə etmir. Görünür, xaricdəki anti-Azərbaycan dairələr indi də davamlı şəkildə Azərbaycana qarşı "qara piar” kampaniyası aparan və "fake” xəbərlər üzrə ixtisaslaşmış "The Washington Post” nəşrinin əməkdaşı vasitəsilə ölkəmizin beynəlxalq imicini ləkələməyə, onun Çin Xalq Respublikası və Amerika Birləşmiş Ştatları ilə inkişaf edən əlaqələrinə xələl gətirməyə cəhd göstərirlər. Əminliklə deyə bilərik ki, belə çirkin əməllərin müəllifləri heç vaxt öz məqsədlərinə nail ola və Azərbaycanla tərəfdaşları arasında əlaqələrə zərbə vura bilməyəcəklər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video