19 Mart 2019 02:01
512
İQTİSADİYYAT
A- A+

Azərbaycan Vyanada keçirilən “Beynəlxalq dəmir yolu konqresi 2019”da təmsil olunur


Azərbaycan Vyanada keçirilən "Beynəlxalq dəmir yolu konqresi 2019”da təmsil edilir.

"Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, "Beynəlxalq dəmir yolu konqresi 2019” Avrasiya marşrutunun mövcud nəqliyyat dəhlizləri çərçivəsində rəqəmsal texnologiyalardan və tranzit potensialından istifadə edərək beynəlxalq yük və sərnişin daşımalarının səmərəliliyinin artırılması problemlərinə həsr olunur.

Konqresdə "Bir kəmər, bir yol: Beynəlxalq əməkdaşlığın inkişafı”, "İnvestisiyaların cəlb edilməsi yolu: Nəqliyyat layihə infrastrukturunun maliyyələşdirilməsinin qlobal transformasiyası”, "Rəqəmsal dəmir yolları və ağıllı infrastruktur: rəqəmsallaşdırma, standartlaşdırma və miqyaslama”, "Nəqliyyat infrastrukturunun inkişafında sinerji və miqyas effekti”, "Sərhədləri aşaraq: beynəlxalq əməkdaşlıq, standartlaşdırma və miqyaslama”, "Çeviklik və gələcəyin logistika mərkəzləri” sessiyaları çərçivəsində gömrük maneələrinin azaldılması yolları, həmçinin Avropa və Asiya arasında dəmir yolu nəqliyyatının fəaliyyətini tənzimləyən hüquqi və texniki qaydaların uyğunlaşdırılması məsələləri müzakirə edilir.

Konqresdə Rusiyanın nəqliyyat naziri Yevgeni Ditrix, "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, "Rusiya Dəmir Yolları” ASC-nin prezidenti Oleq Belozyorov, Polşa Dövlət Dəmir Yolunun rəisi Kşiştof Maminski, "Avstriya Federal Dəmir Yolları”nın baş direktoru Andreas Matte, Belarus dəmir yollarının rəisi Vladimir Morozov, İsveçrə dəmir yollarının baş direktoru Andreas Meyer, Slovakiya dəmir yollarının baş direktoru Yuray Tkaç, eləcə də "enli” və "ensiz” izlərə malik dövlətlərin milli dəmir yolu şirkətlərinin, ixtisaslaşdırılmış beynəlxalq təşkilatların və beynəlxalq bank sektorlarının rəhbərləri iştirak edirlər.

"Beynəlxalq dəmir yolu konqresi 2019” 1520 millimetr və 1435 millimetr izli dəmir yolları məkanındakı milli dəmir yolu şirkətləri rəhbərlərinin görüşməsi üçün ən iri iş platformasıdır.

Konqresə dəvət edilmiş şirkətlər Avrasiya marşrutunda daşımaların həcminin artımına və Şərqlə Qərb arasında dəmir yolu dəhlizinin davamlı inkişafına töhfə verməkdədirlər. Konqres dövlət-özəl tərəfdaşlığın ən yaxşı təcrübələrinə əsaslanaraq, nəqliyyat infrastrukturunun modernləşdirilməsinə, quruda daşıma xərclərinin azaldılmasına, həmçinin 1520 millimetr və 1435 millimetr izli dəmir yolu məkanındakı qarşılıqlı əlaqələrin standartlaşdırılmasına və intensivləşdirilməsinə yönəlmiş sistemli həllərin tapılmasına istiqamətlənib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video