19 Mart 2019 01:58
845
İDMAN
A- A+

Bakıda keçirilən idman gimnastikası üzrə dünya kuboku yarışlarına yekun vurulub


Martın 17-də Bakıda idman gimnastikası üzrə dünya kuboku yarışlarına yekun vurulub. AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən turnirin sonuncu günündə kişilər dayaqla tullanma, dəstəli at, turnik, qadınlar isə gimnastika tiri və sərbəst hərəkətlər üzrə yarışların final mərhələsində güclərini sınayıblar.

Kişilər arasında dayaqla tullanma yarışlarında Koreya Respublikasından olan gimnast Haksin Yanq 14,970 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ukrayna gimnastı İqor Radivilov 14,833 xalla ikinci, rusiyalı Denis Abliazin isə 14,766 xalla üçüncü yerdə qərarlaşıblar.

Dəstəli at yarışlarında kişilərin mübarizəsində yaponiyalı Kohey Kameyama 15,233 xalla dünya kubokunun qızıl medalını qazanıb. Fransa təmsilçisi Siril Tommason 14,833 xalla ikinci, çinli Hao Venq 14,033 xalla üçüncü olublar.

Kişilərin turnik yarışlarında niderlandlı Epke Zonderland 14,633 xalla bütün rəqiblərini qabaqlayıb. Xorvatiyalı Tin Srbiç 14,600 xalla gümüş, İsveçrə gimnastı Oliver Heqi 14,366 xalla bürünc medal qazanıblar. Avstraliya təmsilçisi Emma Nedova qadınların gimnastika tiri yarışlarında proqramını icra edərək hakimlərdən 14,100 xal alıb və bütün rəqiblərini qabaqlayıb. Fransa təmsilçisi Marine Boyerin hesabında da eyni xal olub və hakimlərin qərarı ilə o, yarışı ikinci pillədə başa vurub. İlk üçlüyü Yaponiya gimnastı Mana Oquçi 13,200 xalla qapayıb. Azərbaycan təmsilçisi Marina Nekrasova 11,366 xalla dünya kuboku yarışlarında yeddinci olub.

Qadınlar arasında sərbəst hərəkətlər üzrə yarışlarda ABŞ idmançısı Ceyd Keri 14,600 xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İtaliya gimnastı Lara Mori 13,866 xalla yarışı ikinci, həmyerlisi Vanessa Ferrari (13,733) isə üçüncü pillədə başa vurublar.

Qeyd edək ki, Azərbaycan dünya kuboku yarışlarını 1 gümüş medalla başa vurub. Turnirin üçüncü günündə kişilərin halqalarla yarışlarında gimnastımız Nikita Simonov fəxri kürsünün ikinci pilləsində yer alıb.

Turnir "Tokio 2020” Yay Olimpiya Oyunlarında iştirak etmək istəyən idmançılar üçün mühüm əhəmiyyət daşıyıb. Olimpiadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda mübarizəyə 121 kişi və 49 qadın idman gimnastı mübarizə aparıb. Turnirə Olimpiya Oyunlarının, dünya və Avropa çempionatının medalçıları qatılıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video