17 Mart 2019 22:29
881
İDMAN
A- A+

Azərbaycan komandası Xüsusi Yay Olimpiya Oyunlarında 11 medal qazanıb


Azərbaycan komandasının Birləşmiş Ərəb Əmirliklərində keçirilən Xüsusi Yay Olimpiya Oyunlarında qazandığı medalların sayı 11-ə çatıb. Atletika yarışlarında bir qızıl, bir bürünc medaldan sonra cüdoçumuz Elnur Rəhmanov (60 kq) qızıl medal qazanıb. Onun komanda yoldaşları Fərid Şərifov (64 kq) gümüş, Nikita Merkuryev isə (66 kq) bürünc medala layiq görülüblər.

Atletika üzrə birinci divizionda mübarizə aparan Nigar Mustafayeva 50 metr məsafəyə qaçışda ikinci, Aidə Rzayeva isə üçüncü olub. Dördüncü divizionda isə Ariz Paşayev 50 metr məsafə üzrə qaçışda bürünc medal qazanıb.

Beləliklə, Xüsusi Yay Olimpiya Oyunlarında medalların sayı 11-ə çatıb (2 qızıl, 5 gümüş, 4 bürünc) çatıb.

Azərbaycan Oyunlarda 54 atletlə ilə təmsil olunur. İdmançılarımız atletika, pauerliftinq, cüdo, stolüstü tennis, badminton, futbol, həndbol, basketbol, voleybol və üzgüçülük idman növlərində mübarizə aparırlar.

Xüsusi Yay Olimpiya Oyunlarında 190-dək ölkədən 7500-dən çox atlet qüvvəsini sınayır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video