17 Mart 2019 14:48
512
DÜNYA
A- A+

Aşiqləri qovuşduran Qalata qülləsi


İstanbul dedikdə ağıla ilk gələnlərdən biri də Qalata qülləsidir. Dünyanın ən qədim tarixi abidələrindən hesab edilən Qalata 528-ci ildə Bizans imperatoru Anastasius tərəfindən gəmilər üçün fənər qülləsi olaraq inşa edilib. 1204-cü ildə IV Səlib yürüşü zamanı ağır zərbələr alan qüllə 1348-ci ildə Cenevizlilər tərəfindən "İsa Qalası” adı ilə bərpa olunub. 1445-1446-cı illərdə burada qüllə ucaldılıb.

İstanbulun Osmanlılar tərəfindən işğalından sonra - 1453-cü il mayın 29-da Qalata qülləsinin açarı Cenevizlilər tərəfindən Fatih Sultan Mehmedə təqdim edilir. Həmin il iyunun 1-də isə qüllə tamamilə Osmanlı İmperatorluğuna təslim olunur.

Qüllə 1509-cu ildə baş verən və osmanlılar tərəfindən "kiçik qiyamət” adlandırılan zəlzələ zamanı ciddi zərər görüb. Lakin o zamanın tanınmış memarlarından biri olan Hayreddin tərəfindən yenidən qurulub. Osmanlı Sultanı III Muradın dövründən 1579-cu ilədək qüllə rəsədxana kimi fəaliyyət göstərib. XVI əsrdə isə İstanbulun Kasımpaşa limanında işləyən xristian müharibə əsirlərinin sığınacağı olub.

XVII əsrin birinci yarısında dövrün elm adamlarından olan Hazerfen Ahmet Çelebi taxtadan düzəltdiyi qartal qanadları ilə Qalata qülləsindən İstanbulun Üsküdar istiqamətində uçub. Bu uçuş avropalıların marağına səbəb olub. Dünyanın bir çox yerində bu hadisə ilə bağlı hələ də yazılar və videogörüntülər saxlanılır.

1717-ci ildə İstanbulda tez-tez baş verən yanğınlar səbəbindən Qalata yanğına nəzarət qülləsi olaraq istifadə olunmağa başlayıb. Buna baxmayaraq, XVII əsrin ortalarında və 1831-ci ildə qüllədə baş verən iki yanğın nəticəsində o, ciddi zərər görür. 1875-ci ildə İstanbulda baş vermiş güclü fırtına isə qüllənin üst hissəsini tamamilə dağıdır. 1965-1967-ci illərdə tikilinin dağılmış hissəsi yenidən inşa edilir və Qalata qülləsi hazırki görünüşünü alır.

Əzəməti ilə seçilən qüllənin hündürlüyü 67 metrdir. Qüllənin zirzəmisində yerləşən çuxurlarda aparılan araşdırmalar zamanı burada insan sümüklərinə rast gəlinib. Bu da bir vaxtlar qüllənin zirzəmisinin zindan kimi istifadə edildiyini göstərir. Aparılan hesablamalara görə, bu tarixi tikilinin çəkisi 10 min tondur.

Qalata qülləsi ilə bağlı bir çox rəvayətlər var. Onlardan biri, romalılar dövründən günümüzədək gəlib çatan hekayəyə görə, Qalata qülləsinə bərabər çıxan iki sevgili qarşılarına çıxacaq bütün çətinliklərə baxmayaraq, evlənir. Lakin əfsanəyə görə, sevgililərdən biri qülləyə daha əvvəl çıxıbsa, onda bu tilsim pozulur.

İstanbulun ən əhəmiyyətli memarlıq nümunələrindən biri olan Qalata qülləsinin yerləşdiyi tarixi Qalata bölgəsi romalıların zamanında şəhərin 14 məhəlləsindən 13-cüsü olub. Böyük Konstantinin vəfatından sonra burada dəfn edilməsini istəməsi bu yerin o vaxtlar necə vacib məkan olduğuna işarədir.

Hazırda Qalata qülləsi İstanbula gələn turistlərin ziyarət etdikləri ilk məkandır. Bu tarixi tikilinin ən yüksək nöqtəsindən isə İstanbul sahili başda olmaqla, Haliç bölgəsi və boğaza gözəl mənzərə açılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video