17 Mart 2019 14:45
416
SİYASƏT
A- A+

Yeni Zelandiyanın Xarici İşlər Nazirliyi dünya ölkələrinə minnətdarlığını bildirib


Yeni Zelandiyanın Xarici İşlər Nazirliyi martın 15-də Kraystçörç şəhərində törədilən terror aktı ilə əlaqədar başsağlığı verərək dəstəyini nümayiş etdirən dünya ölkələrinə minnətdarlığını bildirib.

AZƏRTAC xəbər verir ki, bu barədə Yeni Zelandiya Xarici İşlər Nazirliyinin veb-saytında məlumat yerləşdirilib.

Məlumatda bildirilir ki, Yeni Zelandiya martın 15-də Kraystçörç şəhərində törədilən terror aktlarından sarsılıb və kədərlənib. Biz dünyanın müxtəlif yerlərindən aldığımız çoxsaylı başsağlığı, həmrəylik və dəstək mesajlarını yüksək qiymətləndiririk.

Yeni Zelandiyanı xarici ölkələrdə təmsil edən diplomatik nümayəndəliklərinə daxil olan başsağlığı mesajlarını və həmrəyliyi qeyd edən Xarici İşlər Nazirliyi həmin ölkələrin və beynəlxalq təşkilatların adını da qeyd edib.

Ümumilikdə 93 dövlətin və beynəlxalq təşkilatın adının yer aldığı siyahıda Azərbaycan altıncı sırada yer alıb. Maraqlıdır ki, həmin siyahıda Ermənistanın adı yoxdur. Bu isə kimin terroru dəstəklədiyini, kimin isə onunla mübarizə apardığını bir daha təsdiq edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video