17 Mart 2019 00:39
471
İQTİSADİYYAT
A- A+

Basqalın sənətkar qadınlarından danışılıb


Basqal qəsəbəsi İsmayıllı rayonunda qədim yaşayış məskənlərindəndir. Burada qədim xalq sənətkarlığı bu gün də yaşadılır. Vaxtilə sərbafları (kəlağayı toxucuları) ilə məşhur olan qəsəbədə kəlağayı muzeyi, bazar meydanı bu gün buraya gələnlərin diqqətini çəkir.

Yaxınlıqdakı Fit dağı, Fit qalası (Mustafa xan qalası da deyilir) turizm potensialı yüksək olan İsmayıllıda Basqalı özünəməxsus gözəlliyi və tarixiliyi ilə fərqləndirir. Basqalı abadlaşdırmaq və turistləri cəlb etmək üçün çox böyük layihələr icra olunacaq. Prezident İlham Əliyevin bu məqsədlə xüsusi proqramın hazırlanması ilə bağlı verdiyi sərəncam qəsəbəyə yeni həyat gətirməkdədir.

Bu fikirlər qəsəbədə keçirilən "Basqalın sənətkar qadınları” mövzusundakı seminarda səsləndirilib.

Rəmzi Novruzov adına Basqal qəsəbə tam orta məktəbdə təşkil olunan seminarda Dövlət Tarix-Mədəniyyət Qoruğunun elmi işçisi Azadə Şirəliyeva "Basqalın sənətkar qadınları” mövzusunda məruzə edib. Məruzəçi hələ orta əsrlərdən Basqalda hər bir evdə toxuculuq dəzgahının fəaliyyət göstərdiyini bildirib. XX əsrdə Basqalda sexlər yaradıldıqdan sonra qəsəbə əhalisinin əksəriyyəti toxuculuq və boyaqçılıqla məşğul olub. Həmin dövrdə basqallılar kəlağayı toxuculuğu sənətini 14 şəhərdə yayıblar. Sexlərdə işləyən Basqal qadınlarının sayı 200 nəfərdən çox idi. Bu qadınlar toxuculuq, qəlibçilik, məkik, ipək sərmək və boyaqçılıqla məşğul olublar.

Məruzəçi Basqalın vəfat etmiş və bu gün fəaliyyət göstərən sənətkar qadınları haqqında ətraflı məlumat verib. Vurğulayıb ki, gələcəkdə bu sənətkarlar haqqında məlumat bazasının yaradılması planlaşdırılır.

Seminarda tam orta məktəbin direktoru Ağasəfər Qafarov, Azərbaycan Dövlət Turizm Agentliyinin əməkdaşı Elşən Mustafayev, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli çıxış edərək, son vaxtlar Basqalın sənətkar qadınları - kəlağayı ustaları, toxucular, dərzilər, rəssamlar, şirniyyatçılarla yaxın ünsiyyət qurulduğunu bildirib, onlarla daha sıx əməkdaşlıq ediləcəyi diqqətə çatdırılıb.

Sonda Basqalın bir qrup sənətkar qadınına hədiyyələr verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video