Alternative content

08:22 02 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
00:36 02.06.2020 Qədim türk inancları
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Zəhərli çiçək
Zəhərli çiçək
ANA SƏHİFƏ / Səhiyyə
00:31 17.03.2019


Yoluxucu xəstəlik növlərindən biri suçiçəyidir. Bu xəstəliyi herpetik viruslardan biri törədir. Praktik olaraq bütün insanlar uşaqlıqda bu infeksiyaya yoluxurlar.

Həkim-pediatr Günay Rəsulova deyir ki, xəstəliyin əvvəlində uşağın hərarəti qalxır, onun ümumi halı, iştahası və yuxusu pozulur. Sonra səpki əmələ gəlir. Səpki əvvəlcə xırda qırmızı ləkə şəklində olur. Bir neçə saatdan sonra qabarcığa çevrilir. Xəstəlik, adətən, yüngül keçir. İmmuniteti zəif olan, həmçinin digər ağır xəstəliklər nəticəsində zəifləmiş uşaqlarda isə ağır formalarda keçə bilər: "Səpkilər zamanı güclü qaşınma müşahidə edilir, lakin uşaqları səpkiləri qaşımaqdan çəkindirin. Əgər səpkilər qaşınıb qoparılsa, onların yerində çapıqlar qalacaq. Bədəndə olan qırmızı sulu ləkələri yaşıl brilyant abısı ("zelyonka”) ilə rəngləyib dəri səthini təmiz saxlamaq və vitaminlər qəbul etmək lazımdır”.


Təkrar xəstələnmə niyə olmur?


Xəstəlikdən sonra yaranan immunitet çox yüksək olur və təkrar xəstələnmə halı baş vermir, - deyən pediatr bildirir ki, yoluxmuş uşaqların müalicəsi, adətən, ev şəraitində aparılır. Uşaqlara vitaminlərlə zənginləşdirilmiş pəhriz rejimi tətbiq edilir. Onların yataq otağının havasını tez-tez dəyişmək və hər gün nəm əsgi ilə təmizləmə işləri aparmaq lazımdır. Dəridəki səpkilərə yaşıl birilyant abısı və ya kalium-permanqanat məhlulu ("marqantsovka”) sürtmək lazımdır. Bu, dəridəki qaşınmanı azaltmağa, qabarcıqların irinləməsinin qarşısını almağa, onların tez qurumasına kömək edir.


Peyvəndi var, amma...


Həkim diqqətə çatdırır ki, müalicə zamanı antibiotiklərdən istifadə edilməsinə, yalnız çox nadir hallarda baş verən fəsadlar zamanı icazə verilir. Sağalma 10 gündən tez olmur. Sağalmadan sonra 1,5-2 həftə ərzində uşağın immun sistemi bir qədər zəiflədiyinə görə onu bir müddət qorumaq üçün (soyuqdəymədən və s.), uşaq bağçasına və ya məktəbə getməsi məsləhət deyil.

Suçiçəyindən qorunmanın bir üsulu isə çiçək peyvəndi etdirməkdir.

Yasəmən MUSAYEVA,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM