17 Mart 2019 00:28
1777
Səhiyyə
A- A+

Nə şiş yansın, nə kabab


Azərbaycanın milli xörəyi kabab ləzzəti ilə çox məşhurdur. Amma son zamanlar diyetoloqlar yüksək temperaturda bişən bu cür ətin insan orqanizminə zərərli olması barədə xəbərdarlıq edirlər.

İddialara görə, yüksək temperaturda ət bişirmək heterosiklik aminlər deyilən xərçəngə səbəb olan birləşmələri yarada bilir. Həmçinin kömürləşmiş ətin tez-tez istehlakı prostat, pankreas və mədə xərçənginə tutulma riskini artırır.

Bununla bağlı diyetoloq Tutu Zeynalova bildirir ki, kabab bişirilərkən ocaqla ətin arasındaki məsafəni düzgün tənzimləmək lazımdır: "Bu məsafə 15 santimetrdən az olmamalıdır. Narahatlıq yaradan odur ki, kabab bişərkən ətin yağı əriyib közə tökülür və bu zaman bir az oksidləşmə gedir. Bu qaydaya əməl olunmasa, xərçəngə, yaxud başqa xəstəliklərə səbəb olacaq heç bir problem yaranmaz”.

Diyetoloqun sözlərinə görə, hər kəs kababı çəkisinə, boyuna, yaşına uyğun olaraq yeməlidir: "Qadınla kişinin yemək ölçüsü fərqlidir. Məsələn, 120 kilo bədənlə 80 kilo bədənin enerji ehtiyacı fərqli olduğu üçün onlarda bu porsiya dəyişir. Adətən əlimizin ölçüsü boyda deyirik, yəni bir şəxs 200 qramı aşmamaq şərti ilə kabab yeyə bilər. Amma burada da balansı gözləmək lazımdır. Əgər günorta kabab yeyilibsə, axşama mütləq tərəvəzli xörəyin yeyilməsi məsləhətdir. Yaxud axşam kabab yeyəcəksinizsə, gündüz daha yüngül yeməklə qidalanın ki, balanslı qidalanmış olasınız. Mütləq kababın yanında yaşıl salat olmalıdır, bu həm də oksidləşmənin təsirini aradan qaldırır. Əgər qırmızı ətdən danışırıqsa, bu ətin mənimsənilməsi üçün yaxşı olar ki, onun üzərinə bir az limon sıxasınız. Çünki bu, dəmirin mənimsənilməsini yaxşılaşdıran yeganə vasitədir”.


Yuxa çörək, halqavarı soğan, göyərti...


Yaxşı kabab hazırlamaq üçün ətin təzə və dondurulmamış olmasına diqqət etmək lazımdır.

Yaxşı kabab əsasən malın, yaxud qoyunun bud və bel hissələrindən olur. Məsələn, 2 kilo ət götürülür, səliqə ilə tikələrə ayrılır. Ət həddindən artıq yağlı olmamalıdır. Əks təqdirdə yağ çox damcılayır və kabab tamamilə quru qalır. Ona duz, zövqə görə istiot vurulur. Ət tikələri arasında 10 mm məsafə qoymaqla şişlərə çəkilir və manqala düzülür. Ətin ocağa tərəf olan hissəsi bişdikcə şişlər fırladılır. Amma bunu da elə etmək lazımdır ki, kabab nə çox yansın, nə də az bişsin. Belədə kabab yumşaq alınır. Onu yuxa, halqavarı doğranmış soğan və göyərti ilə yeyəndə daha ləzzətli olur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video