17 Mart 2019 00:26
6481
Elm və texnika
A- A+

Kəşf: İnternet necə yarandı?


İnsanlar heç vaxt əldə etdikləri ilə kifayətlənmir, daim həyatlarını asanlaşdıracaq axtarışlara baş vururlar. Bu da zaman-zaman yeni kəşfləri ortaya çıxarır. Həmin kəşflərdən biri də internetdir. Bu gün həyatımızın ayrılmaz bir parçasına çevrilən internetin çox qısa tarixi var.

İnternetlə bağlı ilk fikir Leonard Kleinroks adlı amerikalıya məxsusdur. O, 1961-ci il 31 may tarixində "Information Flow in Large Communication Nets” adlı məqaləsində internetlə bağlı fikirlərini bildirmişdi. 1961-1962-ci illərdə ABŞ Massaçusets Texnologiya İnstitutunun əməkdaşları S. Liklayder və L. Kleykrok uzaq məsafədən kompüter əlaqəsinin yaradılması və paket kommutasiya ideyasının nəzəriyyəsini irəli sürdülər. Onların bu nəzəriyyəsi daha sonra ARPANET olaraq ortaya çıxdı.

1969-cu ilin yanvar ayının 2-də ARPANET adlanan şəbəkə vasitəsilə Los-Anceles, Santa-Barbara və Yuta ştatının universitetləri və Stenford Elmi-Tədqiqat İnstitutu arasında informasiya mübadiləsi təmin edildi. Məqsəd hərbi qərargahlardakı kompüterlər arasında informasiya mübadiləsi yaratmaq idi.

1969-cu il 29 oktyabr tarixi, saat 10:30-da isə ilk dəfə internet vasitəsilə mesaj göndərilmişdi. O zaman ancaq hərbi məqsədlə istifadə edilən internetin bütün insanların istifadə edə biləcəyi bir hala gəlməsində Vinton Cerf adlı riyaziyyat mühəndisinin xüsusi rolu oldu.

Vinton Cerf ötən əsrin 70-ci illərində universiteti yeni bitirmiş riyaziyyat mühəndisi idi. Gənclik illərində o, anadangəlmə eşitmə qüsurlu Karinneyə aşiq olur. Karinne, eşitmədiyi üçün kimsəylə ünsiyyət qura bilmirdi. Kaliforniya Universitetində kompüterlər arası məlumat transferiylə məşğul olan Cerfin isə tək istəyi Karinneni xoşbəxt etmək idi. İnternetsə yalnız hərbi məqsədlə istifadə edilən bir sistem idi. Lakin Cerf kimi insanların sayəsində internet qısa müddətdə mülki sahədə də istifadə olunmağa başladı. Beləliklə, Cerf interneti Karinnenin də istifadə edə biləcəyi bugünkü halına gətirdi.

"Bu gün arvadım artıq universitetdə oxuyan oğlumuzla belə internet yoluyla danışa bilir. Kim bilir, bəlkə də interneti arvadımı xoşbəxt edə bilmək üçün icad etmişəm”, - deyə Cerf bildirib.

1980-ci illərin axırlarında isə internetlə əlaqə yaratmaq istəyənlər modemdən istifadə etməyə başladılar.

Fərizə ƏHMƏDOVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video