16 Mart 2019 22:13
355
CƏMİYYƏT
A- A+

Rufiz Qonaqov: Əfv Sərəncamı Prezident İlham Əliyevin ölkə vətəndaşlarına yüksək diqqətinin göstəricisidir


Azərbaycan Prezidentinin imzaladığı Əfv Sərəncamı kimliyindən asılı olmayaraq, ölkə vətəndaşlarına göstərilən yüksək diqqətin sübutudur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqov deyib.

Politoloq qeyd edib ki, Prezident İlham Əliyevin bu humanist addımı Novruz bayramı ərəfəsində yüzlərlə ailənin sevincinə səbəb oldu. Dövlətimizin başçısınin yüksək humanizminin təzahürü olan bu qərar həm də ölkədə vətəndaş həmrəyliyinə verilən önəmin, vətəndaşlara yüksək diqqət və qayğının göstəricisidir. Sərəncamın digər xüsusiyyəti və tərbiyəvi əhəmiyyəti ondan ibarətdir ki, törətdikləri cinayət əməlinin məsuliyyətini dərk edərək peşmançılıq hissi keçirənlər bağışlanırlar.

"Prezident İlham Əliyevin imzaladığı Əfv Sərəncamı hüququn aliliyinə, insanların qanunlara əməl edərək davranışının tənzimlənməsinin önə çəkilməsinə verilən qiymətdir. Azərbaycanda cinayət əməlindən çəkindirici tədbirlər bundan sonra da davam etdiriləcək. Çünki belə tədbirlər ölkəmizdə ictimai-siyasi sabitliyin və davamlı inkişafın möhkəmlənməsinə mühüm təsir göstərir”, - deyə R.Qonaqov vurğulayıb.

Qeyd edək ki, martın 16-da Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzalayıb. Əfv Sərəncamı ümumilikdə 431 nəfərə şamil olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video