16 Mart 2019 15:50
1957
CƏMİYYƏT
A- A+

Yeniyetmələrdə depressiv vəziyyət


Depressiya əlamətləri və depressiyaya düşmə səbəbləri yeniyetmələrin psixologiyası, ailə vəziyyəti, hətta genetikası kimi faktorlardan asılı olaraq dəyişir. Ailə üzvləri və ya doğmalardan birinin itkisi, ailədaxili münaqişələr, habelə digər ciddi problemlərin mövcudluğu zamanı əksər yeniyetmələrdə depressiya halı müşahidə olunur. Depressiyanın çox mürəkkəb bir xəstəlik olduğunu nəzərə alsaq, onu aşkar etməyin heç də asan olmadığını söyləmək olar,- deyə Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova AZƏRTAC-a məlumat verib.

Onun dediyinə görə, ictimai yerlərdən uzaqlaşmaq, ünsiyyətdən qaçmaq istəyi, günün əksər hissəsində əhvali-ruhiyyənin yaxşı olmaması və ya ovqatın ani şəkildə dəyişməsi depressiyanın ən diqqətəçarpan əlamətidir: "Əksər yeniyetmələrdə qısa müddətdə həmin hal müşahidə oluna bilər, yəni uzunmüddətli xarakter daşımadığı üçün həmin əlamətlərə sahib olan yeniyetmənin depressiv olduğunu düşünmək yanlışdır. Bəzi hallarda isə səbəbi aydın olmayan baş və mədə ağrıları yarana bilər. Valideynlərin ən çox yol verdiyi səhvlər həmin ağrıların səbəbini yalnız orqanizmdə baş verən fiziki proseslərdə axtarmaqdır, xəstəliyin psixologiya ilə əlaqədar ola biləcəyi isə əksər hallarda arxa plana keçir.

Ən çox rast gəlinən hallar aşırı dərəcədə yuxululuq və səthi yuxulardır. Səthi yuxular deyəndə tez-tez yuxudan ayılmaq və dərin yuxuya gedə bilməmək nəzərdə tutulur. Bəzi hallarda isə yuxu pozulması probleminə yeniyetmələr özləri səbəb olur. Müəyyən vaxt ərzində gündəlik yuxunun müddətini minimuma qədər azaltmaq, qısa müddətdə heç bir ziyan göstərməsə də, bunun uzun müddət təkrarlanması əsəbilik, gün ərzində yorğunluq, beynin normal işləməməsi kimi nəticələrə və ən nəhayət, depressiyaya səbəb olur. Qarşısını almaq üçün gecə yuxusunu 5-7 saata qədər artırmaq çox vacib məsələdir.

Valideynlərin uşaqları ətraf mühitdə qorumaq və onlara parlaq gələcək təmin etmək istəkləri bəzi hallarda ekstremal hal yaradır. Gənclik dövrünə yaxınlaşan yeniyetmələrin azadlığa can atması, ailələrin isə bu arzuları məhdudlaşdırmaq istəməsi əksər hallarda ciddi problemlərə səbəb olur. Həmin vəziyyət yeniyetmələrin ali məktəblərə qəbul imtahanına hazırlaşdığı dövrdə daha çox müşahidə olunur. Əlbəttə, valideynlərin övladlarını oxutmaq arzusu olduqca normal haldır, lakin həmin istəyin aşırı dərəcədə olması yeniyetmənin səhv etməkdən qorxmasına, etdiyi səhvləri ailədən gizlətməsinə və nəhayət, valideynlə övlad arasında əlaqə və münasibətlərin qırılmasına səbəb olur”.

Psixoloq daha sonra deyib: "İştahanın pozulması, yemək seçimində çətinlik, yeməklərdən əvvəlki dadı ala bilməmək depressiyanın ən nəzərəçarpan əlamətlərindəndir. Gündəlik fəaliyyətə, dostlarla ünsiyyətə, bir sözlə, hər şeyə marağın itməsi intihara təşəbbüs göstərməyə aparıb çıxara bilər. İntihara təşəbbüs edən hər yeniyetmənin depressiyada olduğunu düşünmək olduqca yanlışdır, çünki həmin yaş dövründə uşaqların ailədə diqqəti öz üzərinə toplamaq istəyi, özünü film qəhrəmanlarına bənzətməyə çalışmasının da intihara aparıb çıxarması mümkündür.

Həmin halların qarşısını almaq üçün övladla dost olmağa çalışmaq, uşağı çox sıxmaqla tamamilə boş buraxmaq arasındakı incə cizgini tapa bilmək, onu musiqiyə və idmana yönləndirmək ən yaxşı yoldur. Valideynin öhdəsindən gəlmədiyi psixoloji problemlər yarandıqda psixoloqa müraciət etmək lazımdır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video