16 Mart 2019 15:42
826
Elm və texnika
A- A+

ADA Universitetinin tələbələri Sabit Rəhman və Emin Sabitoğlunu yad ediblər


ADA Universitetində "İrs” tələbə klubunun təşəbbüsü ilə Sabit Rəhman və Emin Sabitoğlunun yaradıcılığına həsr olunmuş tədbir keçirilib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbələrinin qatıldığı proqramda hər iki görkəmli mədəniyyət xadiminin irsi xatırlanıb.

ADA Universitetindən AZƏRTAC-a bildirilib ki, tələbələrin musiqili çıxışları ilə yanaşı, tədbirdə filologiya üzrə fəlsəfə doktoru, professor Şirindil Alışanlı böyük yazıçı və dramaturq Sabit Rəhmanın yaradıcılığı barədə məlumat verib.

Daha sonra Sabit Rəhman və Emin Sabitoğlunun ssenarist və bəstəkar kimi üzərində işlədikləri filmlər barədə müzakirələr aparılıb. Tələbələrin Azərbaycan Dövlət Kino-Foto Sənədləri Arxivindən tapdıqları maraqlı materiallar, iki görkəmli simanın birgə ərsəyə gətirdiyi "Hicran” tamaşasından parçalar nümayiş etdirilib.

Tədbirdə çıxış edən Xalq şairi Nəriman Həsənzadə Sabit Rəhman və Emin Sabitoğlu barədə xatirələrini bölüşüb.

ADMİU-nun rektoru, Emin Sabitoğlunun qızı Ceyran Mahmudova gözəl yaradıcılıq axşamına görə təşəkkürünü bildirib. O etiraf edib ki, Azərbaycan mədəniyyətini təbliğ edən və eyni zamanda, onun ailə üzvlərinin irsini işıqlandıran tədbir onda kövrək hisslər və yüksək təəssürat yaradıb.

Sonda çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev vurğulayıb ki, müasir zamanda gənclərin Azərbaycanın ədəbiyyatı və incəsənətinin görkəmli şəxsləri barədə məlumatlandırılması çox vacibdir və "İrs” tələbə klubunun belə bir təşəbbüsü təqdirəlayiqdir. O, tələbələri həmyaşıdları arasında bu səpkidə maarifləndirmə fəaliyyətini davam etdirməyə çağırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video