Alternative content

23:48 20 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər nazirini qəbul edib
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər nazirini qəbul edib
ANA SƏHİFƏ / Qəbullar
15:28 16.03.2019

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 16-da Səudiyyə Ərəbistanı Krallığının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falihi qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Bakıda "OPEC plus” ölkələrinin işində iştirak etdiyinə görə Xalid Əbdüləziz Əl Falihə minnətdarlığını bildirdi. Prezident İlham Əliyev Azərbaycanın neftin sənaye üsulu ilə istehsalın vətəni olduğunu vurğulayaraq, bu tədbirin Bakıda keçirilməsinin xüsusi məna daşıdığını qeyd etdi. Dövlətimizin başçısı "OPEC plus” formatında əməkdaşlığın dünyada neftin qiymətinin balanslaşdırılmasında mühüm rol oynadığını vurğuladı.

Nazir Xalid Əbdüləziz Əl Falih, ilk növbədə, İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun salamlarını dövlətimizin başçısına çatdırdı. O, Azərbaycanın "OPEC plus” formatında fəal iştirak etdiyini bildirərək ölkəmizdə tədbir iştirakçılarına göstərilən qonaqpərvərliyi yüksək qiymətləndirdi. Xalid Əbdüləziz Əl Falih Prezident İlham Əliyevin "OPEC plus” formatının yaradılmasında liderlik rolunu yüksək dəyərləndirərək bu formatda Azərbaycanın çox fəal iştirakçı olduğunu qeyd etdi. İkitərəfli münasibətlərə toxunan Xalid Əbdüləziz Əl Falih ölkəsinin Azərbaycanı ərazi bütövlüyünün və təcavüz nəticəsində pozulmuş suverenliyinin bərpası işinə tam sadiq olduğunu vurğuladı. O qeyd etdi ki, Azərbaycanın möhkəmlənməsi, iqtisadi inkişafı və iqtisadiyyatının şaxələndirilməsi istiqamətində gedən işlər Səudiyyə Ərəbistanında böyük maraqla izlənilir. Xalid Əbdüləziz Əl Falih bu həftə Səudiyyə Ərəbistanı Krallığından Azərbaycana gələn nümayəndə heyətlərinin Azərbaycan hökuməti və biznesinin nümayəndələri ilə məhsuldar görüşlər keçirdiyini vurğuladı.

Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun salamlarına görə təşəkkürünü bildirdi, onun da salamlarını Səudiyyə Ərəbistanının Kralına çatdırmağı xahiş etdi.

Ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu deyən Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın ədalətli mövqeyinə Səudiyyə Ərəbistanı Krallığının göstərdiyi davamlı dəstəyi yüksək qiymətləndirdi və bunu dostluq münasibətlərinin təzahürü kimi dəyərləndirdi. İki ölkə arasında siyasi sahədə əlaqələrin inkişafından məmnunluğunu ifadə edən Prezident İlham Əliyev Azərbaycanda və Səudiyyə Ərəbistanı Krallığında hazırda iqtisadiyyatın şaxələndirilməsi üzrə böyük işlərin həyata keçirildiyini qeyd etdi və bunun iqtisadi əməkdaşlığımızın genişləndirilməsi üçün yaxşı imkanlar yaratdığını dedi. Dövlətimizin başçısı Səudiyyə Ərəbistanı Krallığından Azərbaycana gələn turistlərin sayının artdığını qeyd edərək, bunun ölkələrimizin və xalqlarımızın bir-birinə daha da yaxınlaşması işinə xidmət etdiyini vurğuladı. Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev qeyd etdi ki, Səudiyyə Ərəbistanı Krallığından Azərbaycana gələn insanlar xalqımızın qonaqpərvərliyinin və dostluq münasibətinin şahidi olurlar.

Görüşdə Azərbaycanla Səudiyyə Ərəbistanı Krallığı arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən enerji sahəsində uğurla inkişaf etdiyi bildirildi, Səudiyyə Ərəbistanı Krallığının "Saudi Aramco” şirkətinin Bakıda ofisinin açılması yüksək qiymətləndirildi, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM