Alternative content

03:43 22 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Prezident İlham Əliyev OPEC-in baş katibini qəbul edib
Prezident İlham Əliyev OPEC-in baş katibini qəbul edib
ANA SƏHİFƏ / Qəbullar
15:13 16.03.2019

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 16-da Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindonu qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Məhəmməd Barkindoya dəvəti qəbul etdiyinə və "OPEC plus” ölkələrinin iclasında iştirakına görə minnətdarlığını bildirdi. Prezident İlham Əliyev Bakının dünyada neftin vətəni olduğunu vurğulayaraq, tədbirin paytaxtımızda keçirilməsinin rəmzi xarakter daşıdığını dedi. Dövlətimizin başçısı Azərbaycan tərəfinin bu tədbirin Bakıda keçirilməsi ilə bağlı təklifinin şəxsən Məhəmməd Barkindo və təşkilatın üzv dövlətləri tərəfindən qəbul edilməsini yüksək qiymətləndirdi. Prezident İlham Əliyev "OPEC plus”un yeni bir format olduğunu nəzərə alaraq, bu formatda ilk tədbirlərindən birinin ölkəmizdə keçirilməsinin əhəmiyyətini qeyd etdi və bunu Azərbaycana olan dostluq və etimadın göstəricisi kimi dəyərləndirdi. Dövlətimizin başçısı "OPEC plus” ölkələrinin iclasının uğurla keçəcəyinə, bunun da öz növbəsində neftin qiymətinin sabitləşdirilməsi işinə xidmət edəcəyinə və bu qiymətin neftin istehsalçıları, istehlakçıları, şirkətlər və ölkələr üçün məqbul olacağına əminliyini ifadə etdi.

OPEC-in baş katibi Məhəmməd Barkindo, ilk növbədə, dəvətə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. O, hələ 1846-cı ildə dünyada ilk dəfə sənaye üsulu ilə neftin Bakıda hasil olunduğunu vurğulayaraq, tədbir iştirakçılarının Azərbaycana gəlişini bir ziyarət kimi dəyərləndirdi. Məhəmməd Barkindo qeyd etdi ki, Prezident İlham Əliyev "OPEC plus” formatında iclasın keçirilməsi təşəbbüsü ilə çıxış edən ilk dövlət başçısıdır. O, Prezident İlham Əliyev tərəfindən bu təşəbbüsün üç il bundan əvvəl Davosda irəli sürüldüyünü məmnunluqla xatırladı. Azərbaycan Prezidentinin bu təşəbbüsünün artıq reallığa çevrildiyini qeyd edən Məhəmməd Barkindo bu işdə Prezident İlham Əliyevin baxışlarını və liderliyini yüksək qiymətləndirdi. O, ümumiyyətlə, "OPEC plus” formatında əməkdaşlığın başlandığı ilk gündən Azərbaycanın bu proseslərdə fəal iştirak etdiyini vurğuladı.

Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev bir neçə il bundan əvvəl Davosda "OPEC plus” əməkdaşlıq formatı ilə bağlı təşəbbüsünü xatırlayaraq, həmin vaxtdan bu günə kimi həyata keçirilən əməkdaşlıqdan məmnunluğunu ifadə etdi.

Söhbət zamanı Azərbaycan ilə OPEC arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olundu, Cənub Qaz Dəhlizinin müvəffəqiyyətlə reallaşmaqda olduğu bildirildi.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM