16 Mart 2019 14:09
378
DÜNYA
A- A+

Britaniya parlamenti Brexiti “təxirə saldı”


Britaniyanın İcmalar Palatası hökumətə Avropa İttifaqından (Aİ) Brexiti martın 29-dan başqa vaxta keçirməyi xahiş etməyi tapşırmışdır. İndi qərar Avropa İttifaqınındır. Lakin Aİ nümayəndələri bundan əvvəl bildirmişdilər ki, bunun üçün qısa müddət bəs etməyə bilər.

Bundan əvvəl İcmalar Palatası Britaniyanın Aİ-dən sazişsiz çıxmasına qadağa qoyan dəyişikliyə səs vermişdir.

Brexitin təxirə salınması ilə bağlı qərarın lehinə İcmalar Palatasının 412 deputatı sənədin lehinə, 202 deputat isə əleyhinə səs vermişdir.

Bu arada Böyük Britaniyanın Baş naziri Tereza Mey gələn həftə Brexitlə bağlı saziş layihəsini bir daha səsverməyə çıxarmaq niyyətindədir. Layihə indiyədək iki dəfə parlament tərəfindən rədd edilmişdir.

Əgər üçüncü cəhd nəticə versə, Britaniya Brexitin cəmi üç ay müddətinə təxirə salınmasını xahiş edəcək. Həmin müddət ərzində Aİ-dən çıxmaqla bağlı lazımi qanunverici aktlar qəbul olunmalıdır.

Avropa İttifaqı Londonun Brexitin təxirə salınması ilə bağlı müraciətinə martın 21-22-də keçiriləcək sammit zamanı qərar verəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video