Alternative content

04:20 27 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV VII Qlobal Bakı Forumu: “Gənc liderlər dünyanı daha yaxşı necə qura bilərlər?” mövzusunda müzakirələr aparılıb
VII Qlobal Bakı Forumu: “Gənc liderlər dünyanı daha yaxşı necə qura bilərlər?” mövzusunda müzakirələr aparılıb
ANA SƏHİFƏ / SİYASƏT
11:56 16.03.2019

Yeddinci Qlobal Bakı Forumu üçüncü iş gününü də panel iclaslarla davam etdirir.

Forum çərçivəsində "Gənc liderlər dünyanı daha yaxşı necə qura bilərlər?” mövzusunda panel iclas keçirilib.

Panelə moderatorluq edən Ukraynanın sabiq birinci xanımıKeterina Yuşenkobildirib ki, bu gün gənclərin lider kimi yetişmələri üçün kifayət qədər münbit şərait var. Bunun üçün xüsusi təqaüd proqramları mövcuddur. Bu proqramlar vasitəsilə gənclər siyasi və texnoloji biliklərini artırırlar.

Corctaun Universitetinin tələbəsiSalima Şitavurğulayıb ki, bu gün dünyada ekoloji problem mövcuddur. Bu problem dünyada bir çox fəsadlara gətirib çıxarır. Bu problemin aradan qaldırılması üçün ortaq layihə üzərində çalışmalıyıq. Ekoloji problemin həlli dünyada yoxsulluğun yayılmasına da imkan verməz.

Dünyadakı əsas problemlərdən birinin də yoxsulluq olduğunu deyən qırğızıstanlı gəncAltınay Alntınmayevabildirib ki, erkən nikah problemi də narahatlıq doğuran məsələdir. O deyib ki, qızların təhsil almaq istəyi olsa da, onlar ailə qurmağa məcbur edilirlər. Bunun nəticəsində də cəmiyyətdə cinsi bərabərlik pozulur.

İtaliyanı təmsil edən gəncCuriya Sardivurğulayıb ki, dünyada uşaq hüquqlarının pozulması da geniş yayılıb. Valideynlərin sosial vəziyyətinin aşağı olması səbəbindən uşaq əməyindən istifadə olunur. Bu da uşaqların gələcəyi üçün risk yaradır.

ADA Universitetinin tələbəsiSevinc Novruzovadünyanı narahat edən iqlim dəyişikliyinin fəsadlarından danışıb. Bildirib ki, bu, ekoloji problemlə yanaşı, həm də sosial mühitin normal olmaması ilə bağlıdır. Dünya birliyi siyasi problemlərlə yanaşı, bu məsələlərə də xüsusi diqqət ayırmalıdır. Çünki ekoloji problemlər kənd təsərrüfatının və qida sənayesinin inkişafına mane olur.

Şimali Makedoniya Respublikasını təmsil edən gəncİlya Cvetanovskibildirib ki, səylərimizi birləşdirsək, əməkdaşlıq şəraitində çalışsaq problemləri həll edə, dünyamızı yaxşılaşdıra bilərik. Gənclərin birgə çalışması nəticəsində mükəmməl bir dünyaya sahib ola bilərik. Bunun üçün ekoloji və sosial layihələr üzərində işləməliyik.

Panelin ikinci hissəsində çıxış edən tacikistanlıKamilla Soliyevabildirib ki, dünyada gənclər arasında dialoqun gücləndirilməsi üçün bu sahədə diplomatiya inkişaf etdirilməlidir. Məhz bu dialoq nəticəsində problemlər birgə araşdırıla bilər.

Dünyanı narahat edən qadın zorakılığının, gender bərabərsizliyinin fəsadlarından bəhs edən azərbaycanlı gənc Tərlan Abbasova bunlarla qlobal səviyyədə mübarizə aparmağın zəruriliyini qeyd edib. O, XX əsrin əvvəllərində müsəlman Şərqində ilk dəfə Azərbaycanda qadınlara seçib-seçilmək hüququnun verilməsindən danışıb.

Ukraynanı təmsil edənBəkir Abiyevdünyada milli azlıqlarla bağlı mövcud olan problemlərdən, xüsusilə də onların hüquqlarının pozulmasından söhbət açıb.

Panel iclas müzakirələrlə davam edib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM