Alternative content

04:21 27 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qubada çoxmənzilli binalar təmir edilir
Qubada çoxmənzilli binalar təmir edilir
ANA SƏHİFƏ / CƏMİYYƏT
11:16 16.03.2019

Yazın gəlişi ilə Qubada həmdə abadlşq işlərinə start verilib. Bunlardan biridə çoxmənzilli binaların üzlənməsi ilə bağlıdır.
Azərbaycan Prezidenti İlham Əliyev ötən ilin dekabrında Quba rayonuna səfər etdikdən sonra çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər barədə sərəncam imzalayıb. Həmin sərəncama əsasən Quba şəhərində 32 çoxmənzilli binanın təmirinə başlanılması üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Quba Rayon İcra Hakimiyyətinə 3 (üç) milyon manat ayrılıb.
Cari iln əvvəllərindən şəhərin müxtəlif istiqamətlərində - Heydər Əliyev prospekti, Fətəli xan, Mövlud Qonaq, Vaqif küçəsində və digər ünvanlarda yerləşən çoxmənzilli, iki və dörd mərtəbədən ibarət binaların dam hissələri sökülərək çerepidsa ilə bağlanmışdı. Blok və mərtəbə keçidlərində qapı və pəncərələr dəyişdirilərək müasir avadanlıqlarla divarlar rənglənib.
Onu da bildirək ki, sözügedən yaşayış binaları sovet hakimiyyəti dönəmində tikilmiş və indiyədək əsaslı şəkildə təmir olunmamışdı. Hal-hazırda hava şəraitindən asılı olmayaraq, həmin binalarda qızğın iş gedir və təmir-bərpa işinin yeni mərhələsinə- fasadların üzlənməsi prosesinə başlanılıb.
Fətəli xan küçəsində iki mərtəbədən ibarət dörd binanın üzlənməsi başa çatıb. Burada 129 və 131 saylı binalar üzləndikdən sonra rənglənib, 69 və 77 saylı binalarda isə boyama işləri gedir. Şəhərin Heydər Əliyev prospektində və Mövlud Qonaq küçəsində yerləşən binaların da üzlənməsi planlaşdırılıb. Artıq bir neçə gündür ki, Heydər Əliyev prospektində yerləşən 2B saylı beşmərtəbəli binada üzləmə işləri görülür, bütün bina boyu metepan üzlüklər döşənir. Üzlüklər vurulduqdan sonra rəngləmə işləri həyata keçiriləcək.

Akif ƏLİYEV,
"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM