16 Mart 2019 01:06
495
CƏMİYYƏT
A- A+

Bədən Tərbiyəsi və İdman Akademiyasında təhlükəsizlik orqanlarının 100 illiyinə həsr olunan tədbir keçirilib


Zəngin və mənalı ömrünün 25 ilini dövlət təhlükəsizlik orqanlarında xidmətə həsr etmiş ümummilli lider Heydər Əliyevin 1997-ci il martın 23-də imzaladığı sərəncamla hər il martın 28-i Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.

Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) AZƏRTAC-a bildiriblər ki, Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi və peşə bayramı ərəfəsində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında tədbir keçirilib.

Tədbirdə DTX-nin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev, Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev, olimpiya və dünya çempionları, idman ictimaiyyətinin nümayəndələri, akademiyanın müəllim və tələbə kollektivi iştirak edib.

Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək, ulu öndərin abidəsi önünə gül dəstələri düzüblər.

Tədbir akademiyanın akt zalında davam etdirilib. Dövlət himni səsləndirildikdən sonra dünya şöhrətli siyasi xadim Heydər Əliyevin vətənpərvərlik və peşəkarlıq irsindən, eləcə də Azərbaycan təhlükəsizlik orqanlarının inkişafındakı xidmətlərindən, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dövlət təhlükəsizliyi orqanlarına diqqət və qayğısından bəhs edən sənədli film nümayiş olunub.

Sonda Bakı şəhəri Tofiq Quliyev adına 12 saylı 11 illik musiqi məktəbinin şagirdlərinin ifasında Azərbaycan xalq mahnıları, o cümlədən ulu öndər Heydər Əliyevin sevimli mahnıları, dünya və milli musiqi klassiklərimizin əsərlərindən təqdim edilən hissələr tədbir iştirakçılarında xoş ovqat yaradaraq alqışlarla qarşılanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video