Alternative content

10:40 21 Mart 2019
ONLINE XƏBƏR LENTİ
08:42 21.03.2019 Azərbaycana yaz gəldi…
01:41 20.03.2019 Sarsılmaz birlik
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Con Batçelor Şou” radio proqramı Azərbaycanla bağlı silsilə verilişlər hazırlayıb
“Con Batçelor Şou” radio proqramı Azərbaycanla bağlı silsilə verilişlər hazırlayıb
ANA SƏHİFƏ / SİYASƏT
01:05 16.03.2019


ABŞ-ın məşhur və geniş dinləyici auditoriyasına malik olan "Con Batçelor Şou” (John Batchelor Show) radio proqramı Azərbaycanla bağlı silsilə verilişlər hazırlayıb.

AZƏRTAC xəbər verir ki, "Con Batçelor Şou”nun ölkəmizdə səfərdə olan jurnalistləri Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovla görüşüblər. Görüşdə Əli Həsənov Azərbaycanın tarixi, mədəniyyəti, beynəlxalq əlaqələri, multikultural dəyərləri, ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm layihələr barədə məlumat verib.

Verilişlərdə Azərbaycanda gedən inkişaf prosesləri, bu günlərdə keçirilən VII Qlobal Bakı Forumu, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verilir.

"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Gəncəliyev, "The Washington Times” qəzetinin müxbiri Monika Krouli, tanınmış amerikalı vəkil, Birləşmiş Ştatların mərhum prezidenti Riçard Niksonun nəvəsi Kristofer Nikson Koks "Con Batçelor Şou”nun jurnalistlərinə müsahibə veriblər.

Tural Gəncəliyev Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün tarixindən, səbəb və nəticələrindən, ölkəmizin ərazisinin 20 faizinin işğal edilməsindən, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsindən söhbət açıb. O, münaqişənin həlli üçün Azərbaycanın ərazi bütövlüyünün bərpasının, qaçqınların və məcburi köçkünlərin öz yurdlarına qayıtmasının zəruriliyini qeyd edib.

Monika Krouli deyib ki, Azərbaycan cəmi iki onillik ərzində iqtisadi möcüzə yaratmağa nail olub. Bu isə uzaqgörən dövlət siyasəti nəticəsində mümkün olub. "The Washington Times” qəzetinin müxbiri həmçinin əlavə edib ki, Azərbaycan öz inkişafı ilə regiona və dünyaya iqtisadi nümunə olmaq yolunda qətiyyətlə irəliləyir.

Kristofer Nikson Koks isə Qlobal Bakı Forumu ilə bağlı təəssüratlarını bölüşüb. O, Qlobal Bakı Forumunun əhəmiyyətli bir tədbir olduğunu bildirib, müzakirə olunan mövzuların önəmini qeyd edib.

"Con Batçelor Şou” gündəlik həyatda aktual olan beynəlxalq hərbi, siyasi və iqtisadi mövzulara həsr olunur, ABŞ-da federal ABC Radio Şəbəkəsinə daxil olan müxtəlif ştat və şəhərlərdə çoxsaylı radiokanal tərəfindən həm canlı, həm də audioyazı formasında geniş yayımlanır. Həftənin hər günü yayımlanan bu proqram ABŞ-da milyonlarla dinləyici auditoriyasına malikdir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM