16 Mart 2019 01:04
921
Təhsil
A- A+

ADA Universiteti “Təmiz ölkəm” ekoloji layihəsinə start verib


Martın 15-də ADA Universitetində bu ali təhsil ocağının və "Coca-Cola” şirkətinin birgə təşkilatçılığı ilə VII Bahar Gənclik Festivalı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev, "Coca-Cola” şirkətinin nümayəndələri, tələbələr iştirak ediblər.

Festival çərçivəsində ADA Universiteti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, "Coca-Cola” Fondu və "AzEkol” şirkətinin birgə əməkdaşlığı ilə "Təmiz ölkəm” layihəsinə start verilib.

Tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edən ADA Universiteti Fondunun prezidenti Natiq Hacıyev bildirib: "ADA Universiteti "Coca-Cola” şirkəti ilə 2012-ci ildən bəri əməkdaşlıq edir. Bizim birgə həyata keçirdiyimiz "Ağac əkək, təbiətə töhfə verək” layihəsi uğurla həyata keçirilib. Layihə çərçivəsində ölkəmizdə ekoloji maarifləndirmə işləri görülüb və 100 minə yaxın ağac əkilib. Bu tədbir vasitəsilə start verdiyimiz "Təmiz ölkəm” layihəsi də ətraf mühitin qorunmasına yönəlib və inanırıq ki, biz yenə də müsbət nəticələr əldə edəcəyik”.

"Coca-Cola”nın Qafqaz üzrə kommunikasiya meneceri Elşad Fərzəliyev şirkətin Azərbaycanda ətraf mühitin qorunmasına verdiyi əhəmiyyəti vurğulayıb: "Sosial məsuliyyətli bir şirkət olaraq "Coca-Cola” hər zaman fəaliyyətdə olduğu ölkələrin inkişafı üçün müəyyən işlər görür. Bu ildən etibarən "Coca-Cola” və ADA Universitetinin birgə layihəsi olan "Təmiz ölkəm” layihəsinə start verilir. Ümid edirik ki, bu layihə də ötən layihələr kimi uğurla həyata keçirilərək ölkəmizin ekologiyasının yaxşılaşdırılmasına öz töhfəsini verəcək”.

Qeyd olunub ki, "Təmiz ölkəm” layihəsinin əsas məqsədi plastik kütlənin təkrar emalı barədə ictimaiyyət arasında maarifləndirmə işlərinin aparılmasını, plastik butulkaların toplanaraq təkrar emala göndərilməsini təbliğ etməkdir. Layihənin icrası cəmiyyətdə təkrar emal ənənəsinin formalaşdırılması, plastik tullantıların qruplaşdırılması üçün əlverişli platforma rolunu oynayacaq. Layihənin uğurla həyata keçirilməsi üçün Bakının əsas ərazilərində plastik butulkaların toplanması üçün xüsusi konteynerlər yerləşdiriləcək.

Festivalda Novruza həsr olunan sərgi, milli geyimlərimiz, Azərbaycanın müxtəlif xalça məktəblərinin nümunələri, ləziz bayram mətbəxinin şirniyyatları və ilaxır çərşənbənin özünəməxsus adət-ənənələri nümayiş etdirilib. ADA Universitetinin Bayraq meydanında quraşdırılmış və plastik şüşələrdən hazırlanmış nəhəng səməni maketi isə "Təmiz ölkəm” layihəsində "ikinci həyat” qazanmış uğurlu nümunələrdən biridir. Plastik səməni, həm də qədim Novruz adət-ənənəsi ilə müasir ekoloji durumu tərənnüm edir. Festivala qatılmış gənclər öz növbələrində istifadə etdikləri plastik butulkaları Bayraq meydanında yerləşdirilmiş xüsusi qablara ataraq "Təmiz ölkəm” layihəsinə öz dəstəklərini əyani olaraq göstəriblər.

Tədbir Azərbaycanın estrada müğənnilərinin çıxışları ilə davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video