Alternative content

20:09 25 May 2019
ONLINE XƏBƏR LENTİ
11:07 25.05.2019 Saxta balın zərərləri
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qlobal Bakı Forumu çərçivəsində müasir qərarların qəbul edilməsində elm və mədəniyyətin roluna dair müzakirələr aparılıb
Qlobal Bakı Forumu çərçivəsində müasir qərarların qəbul edilməsində elm və mədəniyyətin roluna dair müzakirələr aparılıb
ANA SƏHİFƏ / SİYASƏT
23:09 15.03.2019

Martın 15-də VII Qlobal Bakı Forumu çərçivəsində "Müasir qərarların qəbul edilməsində elm və mədəniyyətin rolu” mövzusunda panel iclas keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasa moderatorluq edən fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı, Milli Səhiyyə və Milli Onkologiya İnstitutunun sabiq direktoru Harold Varmus elmi layihələrin maliyyələşdirilməsinin, elmi infrastrukturun inkişaf etdirilməsinin əhəmiyyətindən, elmi qurumlar və hökumət arasında əməkdaşlığın təşkili məsələsindən danışıb. O, siyasi müstəvidə qərarların elmi cəhətdən əsaslandırılmasının zəruriliyini qeyd edib.

İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Komissiyanın sədri, Hindistanın Baş nazirinin iqtisadi məsələlər üzrə müşaviri Rajendra Paşauri iqlim dəyişiklikləri problemlərinin aradan qaldırılmasında elmin rolundan danışıb. Qeyd edib ki, elm gələcəkdə baş verə biləcək təhlükələrə nəzər sala bilər. Elmi ictimaiyyətin diqqətini iqlim dəyişiklikləri ilə bağlı intensiv hadisələrə daha çox cəlb etmək lazımdır. Problemi bir neçə ölkə həll edə bilməz. Bu məsələdə, həmçinin alimlər ünsiyyət qurmalı, bacarıqları ortaya çıxarmalıdırlar.

Yeni Zelandiyanın sabiq Baş naziri Ceyms Bolger təmsil etdiyi ölkədə ətraf mühitin qorunmasının bir hərəkata çevrildiyini deyib. O, Yeni Zelandiyanın GMO-ları qəbul etməməsi ilə bağlı səbəbləri diqqətə çatdırıb, habelə ölkəsində heyvandarlığın çox inkişaf etdiyini vurğulayıb.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Serageldin iqlim dəyişikliyi ilə bağlı problemlərin həllində insanların həyat tərzinin dəyişdirilməsi məsələsinə toxunub, bu sahədə medianın rol oynayacağını vurğulayıb. O, elm adamlarının müstəqilliyinin qorunub saxlanması, onların siyasi liderlərin təsiri altına düşməməsi məsələsinin vacibliyini qeyd edib. Habelə qanunvericilər tərəfindən sosial media ilə bağlı məsuliyyət müəyyənləşdirilməsinin zəruri olduğunu bildirib.

Kanada Beynəlxalq İnkişaf Agentliyinin sabiq prezidenti, UNICEF-in icraçı direktorunun sabiq müavini Marqaret Katley-Karlson qeyd edib ki, iqlim dəyişikliyi probleminə elmin bütün sahələrini cəlb etmək lazımdır. Məsələn, sosiologiya cəlb edilərsə, bu sahənin mütəxəssisləri iqlim dəyişikliyinin cəmiyyətdə hansı dəyişikliyə səbəb olacağını deyə bilər.

Rumıniyanın sabiq Prezidenti Emil Konstantinesku panel sessiyanın mövzusuna gələcəklə əlaqədar strategiya məsələsi istiqamətində yanaşıb. O, tezliklə bilik iqtisadiyyatının bərqərar olacağını, cəmiyyətin də buna uyğun amillərlə inkişaf edəcəyini diqqətə çatdırıb. Qeyd edib ki, biliklərə əsaslanan dəyərlərə qiymət verilməlidir. Bu sahədə mədəniyyət mütəxəssisləri də öz sözünü deməlidirlər. Elmə əsaslanan qərarlar həqiqəti əks etdirir.

Qırğız Respublikasının sabiq Baş naziri Comart Otorbayev bu cür müzakirələrin insanları intellektual debatlara ruhlandırdığını bildirib. O, bərpaolunan enerji mənbələrindən istifadənin əhəmiyyətini vurğulayıb.

Mövzu ətrafında müzakirələrdə hər hansı problemin həllində alimlərin fikirlərinə diqqət yetirilməsinin zəruriliyi qeyd olunub. Həmçinin iqlim dəyişiklikləri problemlərinin həllinə gəncləri daha çox cəlb etməyin vacibliyi bildirilib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM