Alternative content

20:13 25 May 2019
ONLINE XƏBƏR LENTİ
11:07 25.05.2019 Saxta balın zərərləri
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ermənistan rəsmisi ABŞ Dövlət Departamentinin hesabatındakı ittihama cavab verə bilməyib
Ermənistan rəsmisi ABŞ Dövlət Departamentinin hesabatındakı ittihama cavab verə bilməyib
ANA SƏHİFƏ / SİYASƏT
23:06 15.03.2019

ABŞ Dövlət Departamentinin Ermənistanla bağlı yeni hesabatında bildirilir ki, "separatçılar Ermənistanın dəstəyi ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ona bitişik yeddi rayonun ərazisinin böyük bir hissəsinə nəzarət etməkdə davam ediblər”.

Ermənistanı açıq-aşkar işğalçılıqda və separatçılığı dəstəkləməkdə ittiham edən bu hesabatı şərh edən Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan bildirib ki, ABŞ Dövlət Departamentinin son hesabatında yeni heç nə yoxdur və bu təsbit hər il təkrar olunur. Ən ziddiyyətlisi ondan ibarətdir ki, rəsmi Yerevanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqlarda yeni format təklif etməsi fonunda XİN nümayəndəsi ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədri kimi "hazırkı format çərçivəsində” problemin dinc yolla həllinə səy göstərdiyini əlavə edib.

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin də Ermənistanın danışıqların formatının dəyişdirilməsi ilə bağlı qeyri-konstruktiv mövqeyinin qəbuledilməz olduğunu bəyan etdikləri bir şəraitdə A.Naqdalyan ikiüzlü şəkildə qeyd edib ki, Yerevan "öz öhdəliklərini yerinə yetirir”.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM