Alternative content

04:20 27 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Ölkəmizi tanıyaq” layihəsi şagirdlərin bölgələrimiz haqqında zəngin məlumatlar əldə etmələri baxımından böyük önəm daşıyır
“Ölkəmizi tanıyaq” layihəsi şagirdlərin bölgələrimiz haqqında zəngin məlumatlar əldə etmələri baxımından böyük önəm daşıyır
ANA SƏHİFƏ / CƏMİYYƏT
16:49 15.03.2019

Goranboylu şagirdlər tur-aksiyaya qoşulublar


Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyəsinə əsasən "Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiya çərçivəsində goranboylu məktəblilər Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə ekskursiyaya çıxıblar.

AZƏRTAC xəbər verir ki, yolasalma mərasimində rayon rəhbərliyi, təhsil idarəsinin işçiləri və valideynlər iştirak ediblər.

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev tur-aksiyanın əhəmiyyətini qeyd edərək, layihənin nəinki məktəblilərin tətil günlərinin xoş və mənalı keçirilməsində, habelə onların ayrı-ayrı bölgələr haqqında zəngin məlumatlar almalarında böyük önəm daşıdığını vurğulayıb.

Bildirilib ki, dörd gün davam edəcək tur-aksiya zamanı şagirdlər bölgənin tarixi abidələri, görməli yerləri, eləcə də Qəbələdəki məşhur "Beltmann” piano fabriki, "Tufandağ” Turizm İstirahət Kompleksi, dünya şöhrətli Şəki Xan sarayı ilə yaxından tanış olacaqlar. Bütün bunlar isə məktəblilərdə Vətənimizin bu bölgəsi haqqında xoş təəssürat yaradacaq.

Goranboy rayon Quşçular kənd tam orta məktəbin 10-cu sinif şagirdi Səkinə Babayeva öz sevincini belə ifadə edib: "Böyük tarixi keçmişi olan Azərbaycan nəinki qədim abidələri, zəngin maddi-mədəniyyət nümunələri, eləcə də əsrarəngiz təbiəti ilə də məşhurdur. Yola düşdüyümüz Qəbələ, Şəki və Zaqatala rayonları da belə bölgələrimizdəndir. Biz orada Heydər Əliyev mərkəzləri, tarix-diyarşünaslıq muzeyləri, qədim abidələrlə tanış olacaq, bölgə haqqında bildiklərimizi daha da zənginləşdirəcəyik. Buna görə dövlətimizin başçısına minnətdarıq. Azərbaycan Prezidentinin təşəbbüsü ilə həyata keçirilən bu aksiyada fəal olmağa çalışacağıq”.

Sonra tur-aksiya iştirakçıları onlar üçün ayrılmış xüsusi avtobuslarla Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə yola düşüblər.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM