Alternative content

12:09 20 Mart 2019
ONLINE XƏBƏR LENTİ
01:41 20.03.2019 Sarsılmaz birlik
01:30 20.03.2019 Növbəti simpozium
01:13 20.03.2019 Xalq oyunları
01:11 20.03.2019 Birlik bayramı
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Şəmkirli məktəblilər müstəqillik illərində qazanılmış nailiyyətlər barədə ətraflı məlumatlandırılacaqlar
Şəmkirli məktəblilər müstəqillik illərində qazanılmış nailiyyətlər barədə ətraflı məlumatlandırılacaqlar
ANA SƏHİFƏ / CƏMİYYƏT
16:44 15.03.2019

Martın 15-də Şəmkir rayonunun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərindən ibarət 40 nəfərlik qrup "Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində Qəbələyə yola salınıb.
AZƏRTAC xəbər verir ki, yolasalma mərasimindən əvvəl rayon icra hakimiyyətində tur-aksiya iştirakçıları ilə görüş keçirilib. Görüşdə rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov çıxış edərək, şagirdlərə turun məqsədi barədə məlumat verib, onlara səfərlərinin xoş və mənalı keçməsini arzulayıb.

Bildirilib ki, Prezident İlham Əliyevin tövsiyəsi ilə həyata keçirilən layihənin məktəblilərin regionlarda aparılan quruculuq işləri ilə tanış olmaları, bölgələrimizi yaxından tanıması baxımından mühüm əhəmiyyəti var.

İcra hakimiyyətinin başçısı qeyd edib ki, Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin başlıca məqsədlərindən biri gənc nəslin vətənə məhəbbət ruhunda tərbiyə olunmasıdır. "Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyalar da məhz bu amala xidmət edir.

"Bu tur-aksiya ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsində, tədrisdə qazanılan nəzəri biliklərin möhkəmləndirilməsində mühüm amillərdən biri olacaq və səfərin xoş təəssüratları şagirdlərin mənəvi zənginliyini daha da artıracaqdır”, – deyə A.Məmmədov qeyd edib.

Sonda məktəblilər Heydər Əliyev Mərkəzinin qarşısından Qəbələyə yola salınıb.
Qeyd edək ki, aksiya çərçivəsində şəmkirli məktəblilər dörd gün ərzində Qəbələ rayonunda Heydər Əliyev Konqres Mərkəzi, ”Qəbələnd” istirahət mərkəzi, "Beltmann” pianino zavodu, "Tufandağ” Xizəkçilik Kompleksi və Qəbələ Konserv zavodu ilə tanış olacaq, Çuxur Qəbələ Tarix və Mədəniyyət qoruğuna, Nohur gölünə, Vəndam şəlaləsinə, udinlərin yaşadığı Nic kəndinə ekskursiya edəcəklər. Şəkidə Dövlət Tarix-memarlıq qoruğu, Şəki Xan sarayı, Yuxarı Karvansaray, Aşağı Karvansaray, Cümə məscidi və Kiş kəndində yerləşən qədim Alban məbədi, Zaqatala rayonunda isə Zaqatala Tarixi Mədəniyyət Qoruğu, Dədə Qorqud Meydanı ilə tanışlıq da şagirdlərdə xoş təəssürat oyadacaq.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM