Alternative content

04:16 27 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Türkiyə KİV-lərində VII Qlobal Bakı Forumundan geniş bəhs edilib
Türkiyə KİV-lərində VII Qlobal Bakı Forumundan geniş bəhs edilib
ANA SƏHİFƏ / SİYASƏT
16:32 15.03.2019

Azərbaycanın paytaxtı Bakı şəhərində Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 14-də işə başlayan VII Qlobal Forum Türkiyənin aparıcı KİV-ləri tərəfindən geniş işıqlandırılmaqdadır.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevinin Forumun açılış mərasimindəki dərin məzmunlu nitqi KİV-lərin diqqət mərkəzindədir. Məlumatlarda Prezident İlham Əliyevin təcavüzkar Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətinin nəticələri, eləcə də beynəlxalq səviyyədə tanınmış ərazilərimizin 20 faizinin işğal altında saxlanılması, o cümlədən bütün bu həqiqətlərin ATƏT-in hesabatında öz əksini tapması, BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının işğal altındakı ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etməsi və bu tələblərin Ermənistan tərəfindən yerinə yetirilməməsi, BMT Baş Assambleyası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Qoşulmama Hərəkatı və digər nüfuzlu təşkilatların oxşar qətnamə və qərarları barədə sadaladığı faktlara geniş yer ayrılıb.

Anadolu agentliyinin yaydığı "Prezident Əliyev: Azərbaycan müstəqil xarici siyasət yürüdür” sərlövhəli məlumat ölkənin aparıcı KİV-ləri tərəfindən tirajlanıb. Nüfuzlu İhlas Xəbər Agentliyinin (İHA) Forumdan hazırladığı videomaterialda Prezident İlham Əliyevin çıxışına geniş yer verilib.

TRT AVAZ, CNN TÜRK televiziya kanalları, "Yeni Şəfəq”, "Yeni Akıt” və digər telekanallar, qəzetlər də Bakı Forumu ilə bağlı türkdilli oxuculara geniş məlumat veriblər. İnformasiyalarda Forumun yüksək təşkilatçılıqla keçirildiyi, həmçinin nüfuzlu tərkibi barədə mühüm məqamlar diqqətə çatdırılır.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM