Alternative content

12:15 20 Mart 2019
ONLINE XƏBƏR LENTİ
01:41 20.03.2019 Sarsılmaz birlik
01:30 20.03.2019 Növbəti simpozium
01:13 20.03.2019 Xalq oyunları
01:11 20.03.2019 Birlik bayramı
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Misirdə keçirilən beynəlxalq konfransda görkəmli şərqşünas alim Aida İmanquliyeva haqqında məruzələr dinlənilib
Misirdə keçirilən beynəlxalq konfransda görkəmli şərqşünas alim Aida İmanquliyeva haqqında məruzələr dinlənilib
ANA SƏHİFƏ / Elm və texnika
14:47 15.03.2019

Qahirə Universitetində keçirilən "XIX əsrdə ərəb dili və ərəb ədəbiyyatı dövrü: keçid və transformasiya məsələləri” mövzusunda beynəlxalq konfrans çərçivəsində Azərbaycanın görkəmli şərqşünas alimi, professor Aida İmanquliyevanın həyat və elmi yaradıcılığına dair geniş məruzələr təqdim edilib.

Qahirə universitetinin rektoru Məhəmməd Osman Əl-Xoştun rəhbərliyi ilə keçirilən konfransda ərəb ölkələrindən nümayəndələr, Misirin ayrı-ayrı universitetlərinin professor-müəllim heyəti, ictimai-siyasi xadimlər və tələbələr iştirak ediblər. Tədbirdə Azərbaycanın Misirdəki səfirliyi də təmsil olunub.

AZƏRTAC xəbər verir ki, Misirdə Amerika Universitetinin ədəbiyyat və tənqidi ədəbiyyat sahəsi üzrə doktoru Raşa Ğanim Azərbaycanın görkəmli şərqşünas alimi Aida İmanquliyeva haqqında geniş məruzə ilə çıxış edib. Vurğulayıb ki, Aida İmanquliyeva nüfuzlu elm xadimi, Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru və professor qadın olub. O, Şərqşünaslıq İnstitutuna rəhbərlik edərkən elmi işlərlə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olub, habelə institutda Asiya və Afrika ölkələri xalqları ədəbiyyatları ixtisası üzrə müdafiə şurasının sədri olub. Dünya şərqşünaslıq elminə böyük töhfələr vermiş Aida İmanquliyeva Azərbaycan qadınına örnək bir ömür yaşayıb. O, ərəbşünas kadrların hazırlanmasını daim diqqət mərkəzində saxlayıb. Aida İmanquliyevanın çağdaş ərəb ədəbiyyatının tədqiqində yeni səhifə açdığını, ərəb məhcər ədəbiyyatının beynəlxalq miqyasda ən görkəmli tədqiqatçısı kimi tanındığını nəinki Azərbaycan və keçmiş sovet ərəbşünasları, hətta Avropa şərqşünasları etiraf ediblər.

Azərbaycanın Misirdəki səfirliyinin əməkdaşı Emil Rəhimov konfrans çərçivəsində Misirin "Nil Mədəniyyət” telekanalına müsahibə verərək, professor Aida İmanquliyevanın elmi yaradıcılığına və ictimai fəaliyyətinə toxunaraq, Azərbaycan tarixində ilk qadın ərəbşünas, elmlər doktoru olan bu böyük alimin ömrünü xalqının tarixinin, ənənələrinin minillik dərin köklərlə bağlı olduğu Şərq mədəniyyətini və ədəbiyyatını öyrənməyə sərf etdiyini bildirib. Aida İmanquliyevanın bir mütəfəkkir alim kimi düşüncə sistemi və təfəkkür tərzi ilə Qərbin və Şərqin mərkəzində yerləşən bir Azərbaycan modeli olduğunu vurğulayan E.Rəhimov onun elmi fəaliyyətinin geniş və çoxşaxəli olduğunu, çoxsaylı elmi araşdırmalarının əsas tədqiqat obyektinin ərəb məhcər ədəbiyyatı olduğunu, elmi əsərlərinin - 3 monoqrafiya ("Mixail Nuayme və Qələmlər birliyi”, "Cübran Xəlil Cübran”, "Yeni ərəb ədəbiyyatının korifeyləri”) və 70-dən çox elmi məqalənin nəinki ərəb, həmçinin yeni Şərq ədəbiyyatlarının gələcəkdə tədqiqi üçün zəmin yaratdığını diqqətə çatdırıb.

Beynəlxalq konfrans Misirin kütləvi informasiya vasitələrində geniş şəkildə işıqlandırılıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM