Alternative content

04:18 27 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Maarifləndirici tur-aksiyada Göygöl məktəbliləri də iştirak edir
Maarifləndirici tur-aksiyada Göygöl məktəbliləri də iştirak edir
ANA SƏHİFƏ / CƏMİYYƏT
14:43 15.03.2019

"Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində keçirilən tur-aksiyaya Göygöl məktəbliləri də qoşulublar. Məktəblilər martın 15-dən 18-dək Qəbələ-Şəki-Zaqatala marşrutunun iştirakçıları olacaqlar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu məqsədlə rayonun Heydər Əliyev Mərkəzində tur-aksiya iştirakçılarının yola salınması mərasimi keçirilib.

Tədbirdə çıxış edən Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova qeyd edib ki, Prezident İlham Əliyevin tövsiyəsinə əsasən, "Ölkəmizi tanıyaq” devizi altında keçirilən budəfəki maarifləndirici tur-aksiyada Göygöl məktəbliləri də iştirak edir. Məktəblilər Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə səfər çərçivəsində bu bölgənin adət-ənənələri, sosial-iqtisadi, tarixi-mədəni həyatı ilə tanış olacaqlar.

Rayon Təhsil Şöbəsinin müdiri Elbrus Atayev şagirdlərə tur-aksiya zamanı yeni biliklər öyrənmələrini və dostlar qazanmalarını tövsiyə edib.

Ulu öndər Heydər Əliyevin mərkəzdə ucaldılmış abidəsi qarşısına gül-çiçək dəstələri düzən tur-aksiya iştirakçıları Qəbələyə yola düşüblər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM