Alternative content

12:11 20 Mart 2019
ONLINE XƏBƏR LENTİ
01:41 20.03.2019 Sarsılmaz birlik
01:30 20.03.2019 Növbəti simpozium
01:13 20.03.2019 Xalq oyunları
01:11 20.03.2019 Birlik bayramı
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Samuxlu şagirdlər Qəbələ-Şəki-Zaqatala bölgəsinin adət-ənənələri və təbiəti ilə yaxından tanış olacaqlar
Samuxlu şagirdlər Qəbələ-Şəki-Zaqatala bölgəsinin adət-ənənələri və təbiəti ilə yaxından tanış olacaqlar
ANA SƏHİFƏ / CƏMİYYƏT
13:54 15.03.2019

"Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində keçirilən tur-aksiyaya Samux məktəbliləri də qoşulublar. Məktəblilər martın 15-dən 18-dək Qəbələ-Şəki-Zaqatala marşrutunun iştirakçıları olacaqlar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu məqsədlə rayonun Heydər Əliyev Parkında tur-aksiya iştirakçılarının yolasalma mərasimi keçirilib.

Tədbirdə çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, "Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyalara rayonun ümumtəhsil məktəblərinin şagirdləri də böyük həvəslə qoşulurlar. Aksiyanın budəfəki mərhələsində rayon üzrə 40 məktəbli iştirak edəcək. Tur-aksiyanın proqramı təkcə bölgələrin sosial-iqtisadi, tarixi-mədəni həyatı ilə tanışlıqla bitməyəcək. Şagirdlərə, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə də ətraflı məlumat veriləcək.

Məktəblilərin diqqətinə çatdırılıb ki, onlar "Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Azərbaycanın şimal bölgəsinin cənnət guşələri olan Qəbələ, Şəki və Zaqatalada olacaqlar. Ekskursiya çərçivəsində şagirdlər bölgənin adət-ənənələri, ləzzətli mətbəxi, təbiət gözəllikləri ilə daha yaxından tanış olmaq imkanı qazanacaqlar.

Həmçinin şagirdlərin gedəcəyi rayonların keçmiş və müasir simasını əks etdirən Tarix-Diyarşünaslıq muzeyləri, qədim tarixi abidələri, Gənclər mərkəzləri, Olimpiya kompleksləri, Bayraq meydanları, rəsm qalereyaları və digər obyektlərlə tanışlıq onların yaddaşında silinməz izlər buraxacaq.

İcra hakimiyyəti başçısının müavini Kəmalə Xəlilova tur-aksiyanın əhəmiyyətindən söz açaraq, şagirdlərin tanış olacağı Qəbələ-Şəki-Zaqatala bölgəsi haqqında məlumat verib.

Rayon Təhsil Şöbəsinin müdiri Gülala Hüseynov şagirdlərə tur-aksiya zamanı yeni biliklər öyrənmələrini və dostlar qazanmalarını tövsiyə edib.

Mərasimdə çıxış edən müəllimlər və valideynlər şagirdlər üçün yaradılmış yüksək şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Ulu öndər Heydər Əliyevin mərkəzdə ucaldılmış abidə kompleksi qarşısına gül-çiçək dəstələri düzən tur-aksiya iştirakçıları Qəbələyə yola düşüblər.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM