Alternative content

12:13 20 Mart 2019
ONLINE XƏBƏR LENTİ
01:41 20.03.2019 Sarsılmaz birlik
01:30 20.03.2019 Növbəti simpozium
01:13 20.03.2019 Xalq oyunları
01:11 20.03.2019 Birlik bayramı
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası gənclərə göstərilən dövlət qayğısının bariz nümunəsidir
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası gənclərə göstərilən dövlət qayğısının bariz nümunəsidir
ANA SƏHİFƏ / CƏMİYYƏT
13:53 15.03.2019

Ucarlı məktəblilərini cənub bölgəsində maraqlı ekskursiya gözləyir


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən orta ümumtəhsil məktəblərinin şagirdləri üçün keçirilən və artıq ənənəyə çevrililən "Ölkəmizi tanıyaq” tur-aksiyasının növbəti mərhələsində iştirak edəcək ucarlı məktəblilərin 40 nəfərlik qrupu martın 15-də Heydər Əliyev Mərkəzinin qarşısından Lənkərana yola salınıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bir gün əvvəl Ucardakı Heydər Əliyev Mərkəzində tur-aksiya işrirakçıları ilə görüş keçirilib. Əvvəlcə məktəblilər ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Təhsil şöbəsi işçilərinin, ümumtəhsil məktəblərinin direktorlarının, valideynlərin və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri görüşdə rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov gənc nəslin hərtərəfli inkişafı, dərin biliklərə sahib olması, əsl vətəndaş kimi böyüməsi, milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi üçün ölkəmizdə ardıcıl tədbirlərin görüldüyünü qeyd edib. Vurğulayıb ki, hər il keçirilən "Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası da məhz dövlətin gənclərə göstərdiyi qayğının bariz nümunəsidir.

İcra hakimiyyətinin başçısı tur-aksiyanın əsas məqsədlərindən danışaraq bildirib ki, bu layihə şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, onların Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın dinamik inkişafını, abadlaşan şəhər və rayonlarımızı əyani görmələrini təmin etməkdir.

Şəhər 2 saylı tam orta məktəbin X sinif şagirdi Fatimə İsmayılova, 3 saylı tam orta məktəbin XI sinif şagirdi Aydan Məhərrəmli, Qazıqumlaq kənd 1 saylı tam orta məktəbin X sinif şagirdi Yusif Qədirov, rayonun Lək kənd 2 nömrəli tam orta məktəbin X sinif şagirdi Camal Ağayev, valideyn Vüsalə Əliyarova çıxış edərək, "Ölkəmizi tanıyaq” tur-aksiyasının təşkilinə görə minnətdarlıqlarını söyləyiblər.

Sonda musiqi proqramı təqdim olunub.

Martın 15-də səhər tezdən ucarlı məktəblilər Lənkəran-Masallı-Astara marşrutu üzrə yola çıxıblar.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM