Alternative content

10:40 21 Mart 2019
ONLINE XƏBƏR LENTİ
08:42 21.03.2019 Azərbaycana yaz gəldi…
01:41 20.03.2019 Sarsılmaz birlik
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Prezident İlham Əliyev BMT baş katibinin Dayanıqlı İnkişaf Məqsədləri üzrə xüsusi müşavirini qəbul edib
Prezident İlham Əliyev BMT baş katibinin Dayanıqlı İnkişaf Məqsədləri üzrə xüsusi müşavirini qəbul edib YENİLƏNİB
ANA SƏHİFƏ / Qəbullar
13:50 15.03.2019
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də ABŞ-ın Kolumbiya Universitetinin Yer İnstitutunun direktoru, BMT baş katibinin Dayanıqlı İnkişaf Məqsədləri üzrə xüsusi müşaviri Cefri Saksı qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Cefri Saksa VII Qlobal Bakı Forumunda iştirakına görə təşəkkürünü bildirdi.
Cefri Saks VII Qlobal Bakı Forumunun təşkilinə görə minnətdarlığını ifadə etdi və Forumda məmnunluqla iştirak etdiyini vurğuladı. O, Forumun əhəmiyyətinə toxunaraq orada regional və digər məsələlərlə bağlı səmərəli müzakirələr aparılmasının önəmini qeyd etdi.
Prezident İlham Əliyev VII Qlobal Bakı Forumunda təmsil olunan ölkələrin və iştirakçıların sayının artdığını və bu Forumun mühüm beynəlxalq tədbirə çevrildiyini vurğuladı.
Görüşdə ölkəmizdə gedən iqtisadi inkişaf prosesləri, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı qlobal layihələr, o cümlədən Şərq-Qərb nəqliyyat dəhlizi, enerji siyasəti barədə danışıldı.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM