Alternative content

12:13 20 Mart 2019
ONLINE XƏBƏR LENTİ
01:41 20.03.2019 Sarsılmaz birlik
01:30 20.03.2019 Növbəti simpozium
01:13 20.03.2019 Xalq oyunları
01:11 20.03.2019 Birlik bayramı
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Ölkəmizi tanıyaq”: naxçıvanlı məktəblilər Bakı şəhəri ilə yaxından tanış olacaqlar
“Ölkəmizi tanıyaq”: naxçıvanlı məktəblilər Bakı şəhəri ilə yaxından tanış olacaqlar
ANA SƏHİFƏ / CƏMİYYƏT
13:48 15.03.2019

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, respublikamızın şəhər və rayonlarının məktəbliləri üçün "Ölkəmizi tanıyaq” devizi ilə keçirilən növbəti maarifləndirici tur-aksiyalara martın 15-də Naxçıvan şəhərində də start verilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan şəhərində keçirilən sınaq imtahanlarında yüksək nəticə əldə edən 160 şagird 20 bələdçi-müəllimin müşayiəti ilə tur-aksiya çərçivəsində Naxçıvan Beynəlxalq Hava Limanından Bakı şəhərinə yola düşüb. Məktəblilər Bakı şəhərində Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcək, Heydər Əliyev Mərkəzi ilə yanaşı, əhəmiyyətli mədəni-tarixi yerlərlə tanış olacaqlar.

Bakı şəhərinə yola düşən tur-aksiya iştirakçısı, Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbin 11-ci sinif şagirdi Firuz Məmmədli ilə AZƏRTAC-ın Naxçıvan bürosunun əməkdaşı ilə söhbətində bildirdi ki, bu cür tur-aksiyaların keçirilməsi, ümumilikdə, ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin öyrənilməsinə geniş şərait yaradır. Bakı şəhəri ilə tanışlıq zamanı paytaxtımızın inkişafının canlı şahidi olacağını qeyd edən Firuz Məmmədli deyib: "Dövlət başçısının tövsiyəsi ilə reallaşan bu layihə sayəsində biz şagirdlər ölkəmizi daha yaxından tanıyacağıq. Yaradılan bu şəraitə görə Prezidentimizə minnətdarlığımı bildirirəm”.

Kəngərli rayon Qıvraq qəsəbə tam orta məktəbin 11-ci sinif şagirdi Nihad Ələkbərov isə deyib: "Ölkəmizi tanıyaq” tur-aksiyası biz məktəblilərin dünyagörüşünün zənginləşməsinə böyük təsir göstərəcək. Tur-aksiya ərzində bu günədək görmədiyimiz tarixi yerlərlə tanış olmaq imkanı qazanacaq, paytaxtımız Bakı şəhərini yaxından tanıyacaq, yeni məlumatlar əldə edəcəyik”.

X X X

Martın 15-də "Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində Bakı şəhərinin Yasamal, Binəqədi, Nəsimi, Qaradağ, Xətai və Səbail rayonlarından olan 162 məktəbli 18 bələdçi-müəllimin müşayiəti ilə Naxçıvan Muxtar Respublikasına gəlib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM