15 Mart 2019 13:45
414
CƏMİYYƏT
A- A+

Zərdab rayonunun ümumtəhsil məktəbinin bir qrup şagirdi respublikamızın şimal rayonlarına yola salınıb


Zərdab rayonunun ümumtəhsil məktəbindən 40 nəfərlik qrup və 5 nəfər müşayiətçi "Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiya çərçivəsində martın 15-də səhər respublikamızın şimal rayonlarına yola salınıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yolasalma mərasimində çıxış edən rayon icra hakimiyyəti başçısının birinci müavini Rəhman Feyzullayev Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən maarifləndirici tədbirin əhəmiyyətindən, məktəblilərin vətənpərvərlik tərbiyəsindəki rolundan danışıb. Vurğulayıb ki, bu səfər şagirdlərə Azərbaycanın bir parçası olan Quba, Qusar və Xaçmaz rayonlarının zəngin tarixi, bu günü, dinamik inkişafı barədə hərtərəfli bilgilər əldə etmək imkanı verəcək.

Çıxış edən məktəblilər səfər proqramı çərçivəsində təkcə Qubada televiziya ekranlarında gördükləri Heydər Əliyev Mərkəzi, Qırmızı Qəsəbə, Cümə məscidi, Quba soyqırımı Memorial kompleksi, xalçaçılıq emalatxanası, Tağlı Körpü, "ABAD Factory” istehsalat kompleksi və sair tarixi, görməli yerlər, istehsal sahələri ilə tanış olacaqlarını söyləyərək bunun üçün tur-aksiyanın səbəbkarı olan Prezidentimizə minnətdarlıqlarını bildiriblər. Əlbəttə, Qusar və Xaçmaz rayonlarının gəzməli, görməli yerləri də onlarda xoş xatirələr yaşadacaq.

Yoladüşmə ərəfəsində müşayiətçi–müəllim Sədiyar Xəlilov AZƏRTAC-ın bölgə müxbirinə deyib: "Maarifləndirici tur-aksiya çərçivəsində məktəblilər nəinki Quba, Qusar və Xaçmaz rayonlarının tarixi və indiki həyatı barədə ətraflı bilgilər əldə edəcək, habelə onların gözəl istirahəti üçün də hər cür şərait nəzərdə tutulub. Hər şeydən əvvəl uşaqlarımızın vətənpərvər ruhda tərbiyəsinə göstərilən diqqətdən irəli gələn bu təşəbbüsə görə Prezident İlham Əliyevə minnətdarıq”.

Yolasalma mərasiminin sonunda tur-aksiya iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, heykəlin önünə tər çiçəklər qoyublar. Sonra onlar milli musiqi sədaları altında yola salınıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video