15 Mart 2019 13:40
340
CƏMİYYƏT
A- A+

Qobustan məktəbliləri Lənkəran-Masallı-Astara marşrutu üzrə yola çıxıblar


Qobustan rayonunun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərindən ibarət 40 nəfərlik qrup Prezident İlham Əliyevin tövsiyəsinə əsasən "Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyaların növbəti mərhələsi çərçivəsində martın 15-də Lənkəran şəhərinə yola salınıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səhər saatlarında rayon rəhbərliyinin, təhsil işçilərinin, valideynlərin iştirak etdikləri yolasalma mərasimi keçirilib. Tur-aksiya iştirakçıları əvvəlcə şəhərin mərkəzindəki parkda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, qarşısına çiçəklər düzüblər.

Yolasalma mərasimində çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Təranə Güləliyeva bildirib ki, maarifləndirici tur-aksiya məktəblilərə Lənkəran, Masallı və Astara rayonlarının zəngin tarixi, bu günü barədə geniş bilgilər əldə etməyə imkan verəcək. T.Güləliyeva, eləcə də digər çıxış edənlər şagirdlərin həm də gözəl istirahəti üçün hər cür şəraitin nəzərdə tutulduğunu vurğulayıblar.

Qeyd olunub ki, səfər çərçivəsində şagirdlər Lənkəranda Heydər Əliyev Mərkəzi, Bayraq Meydanı və Gənclər Mərkəzi ilə tanış olacaq, Hirkan Milli Parkına və Xanbulan gölünə ekskursiya edəcək, "Qoşa Qala” qapılarına, Həzi Aslanovun ev-muzeyinə, Dairəvi qalaya, "Mayak” binasına baxış keçirəcəklər. Masallıda, habelə Astarada da onlar rayonların müasir həyatı ilə ətraflı tanış olacaq, tarixi yerləri gəzəcək, həmyaşıdları ilə ünsiyyət quracaqlar.

Sonda məktəblilər milli musiqi sədaları altında yola salınıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video