Alternative content

12:13 20 Mart 2019
ONLINE XƏBƏR LENTİ
01:41 20.03.2019 Sarsılmaz birlik
01:30 20.03.2019 Növbəti simpozium
01:13 20.03.2019 Xalq oyunları
01:11 20.03.2019 Birlik bayramı
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT İnkişaf Proqramının nümayəndə heyəti ilə görüş olub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT İnkişaf Proqramının nümayəndə heyəti ilə görüş olub
ANA SƏHİFƏ / CƏMİYYƏT
13:40 15.03.2019

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin Baş katibinin köməkçisi, BMT İnkişaf Proqramının (BMTİP) rəhbərinin müavini və BMTİP-in Avropa və MDB üzrə Regional Bürosunun direktoru Miryana Spolyariç Eqqerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.

Görüşdə BMTİP-in Azərbaycandakı rezident nümayəndəsinin vəzifəsini icra edən Alessandro Frakassetti, BMTIP-in Avropa və MDB üzrə regional bürosunda Koordinasiya və Əlaqələndirmə üzrə mütəxəssisi xanım Manal Founani, BMTİP-in Azərbaycan Ofisinin Proqram məsələləri üzrə müşaviri xanım Leyla Fathi, BMTİP-in məşğulluq üzrə baş mütəxəssisi xanım Vesna Dzuteska Bişeva da iştirak edib.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin ölkədə rifah halının yaxşılaşdırılması istiqamətində mühüm addımların atılmasına imkan verdiyini vurğulayıb. Nazir ölkəmizdə əmək, məşğulluq və sosial müdafiə sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib, sosial müdafiə siyasətində aktiv tədbirlərə üstünlük verildiyini, özünüməşğulluq proqramının genişləndirildiyini qeyd edib.

S.Babayev bildirib ki, milli sosial müdafiə sisteminin inkişafı məqsədilə ötən dövrdə aparılan islahatlarda BMTİP ilə birgə icra olunan layihələr mühüm önəm kəsb edib. Həmçinin nazirliyin BMTİP ilə birgə layihəsi olan, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) də dəstək verdiyi və hazırda davam edən "Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi gənclərin əmək bazarına inteqrasiyasının dəstəklənməsi kimi vacib məqsədə xidmət edir.

Nazir ötən ilin dekabr ayında nazirliklə BMTİP arasında imzalanan "Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsinin əməkdaşlığın daha bir mühüm istiqamətdə davam etməsinə imkan verdiyini deyib. O qeyd edib ki, layihə əlilliyi olan şəxslərin özünüməşğulluq fəaliyyəti müstəvisində özlərinə dayanıqlı biznes qurmalarına dəstək vermək məramına xidmət edir. Həmin layihə üzrə hazırlıq işləri aparılır. Bu ilin fevral ayında isə nazirliklə BMTİP və BMT-nin Əhali Fondu arasında "Əlilliyi olan qadınların və Dağlıq Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin olunması” layihəsi də imzalanıb. Bütün bunlar ötən dövrdə formalaşmış uğurlu əməkdaşlığın getdikcə daha da geniş miqyas aldığını göstərir.

Xanım M.S. Eqqer BMT İnkişaf Proqramı ilə Azərbaycan arasında əməkdaşlığın uğurla davam etməsindən, eyni zamanda, sosial müdafiə, məşğulluq sahəsində birgə işlərin əhatə dairəsinin genişlənməsindən məmnunluq ifadə edib. O, ölkəmizdə sosial sahədə aparılan islahatların, həssas qruplarla bağlı aktiv məşğuluq tədbirlərinin təqdirəlayiq olduğunu və bu sahədə BMT İnkişaf Proqramının qarşıdakı dövrdə də əməkdaşlıq edəcəyini bildirib.

Görüşdə ötən dövrdə icra olunan birgə layihələr çərçivəsində aparılan işlər, imzalanan yeni layihələrlə, əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması ilə bağlı fikir mübadiləsi aparılıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM