Alternative content

04:17 27 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yasamal rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasına qoşulublar
Yasamal rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasına qoşulublar
ANA SƏHİFƏ / CƏMİYYƏT
13:33 15.03.2019

Martın 15-də Yasamal rayon orta ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan 27 şagird "Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Naxçıvan şəhərinə yola düşmək üçün Yasamal rayon Heydər Əliyev Mərkəzinə toplaşıblar.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, rayon məktəbliləri dörd gün davam edəcək tur-aksiyada Naxçıvan turu üzrə Ordubad, Culfa, Şahbuz rayonlarının müasir həyatı, tarixi, irsi, adət-ənənələri və özünəməxsus xüsusiyyətləri ilə tanış olacaqlar. Təntənəli yolasalmada rayon icra hakimiyyətinin rəhbərliyi, valideynlər, müəllimlər, müharibə və əmək veteranları, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyəti iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Yolasalma mərasimində çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov vurğulayıb ki, "Ölkəmizi Tanıyaq” lahiyəsi şagirdlərin hərtərəfli inkişafı, dünyagörüşlərinin zənginləşməsi, vətənpərvərlik və azərbaycançılıq prinsipləri əsasında tarixi mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmalarında mühüm əhəmiyyət kəsb edir. Bildirib ki, gözəl diyarımız olan Naxçıvanda inkişafın təməli ulu öndər Heydər Əliyevin Naxçıvan Ali Məclisinin Sədri olduğu dövrdə qoyulub və Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində daha da zənginləşib. Tur zamanı şagirdlər blokada şəraitində intibah yaradan müasir Naxçıvanla tanış olacaq, ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü haqqında ətraflı məlumat alacaqlar. Eyni zamanda, məktəblilər Naxçıvanda bu günədək qorunub saxlanılan və bərpa olunan Möminəxatun, Nuh Peyğəmbər, Qarabağlar türbələri, "Əshabi-Kəhf” ziyarətgahı və digər qədim abidələr, M.T.Sidqinin, M.S.Ordubadinin və Y.Məmmədəliyevin ev-muzeyləri ilə tanış olacaqlar. Şagirdlərə, həmçinin Naxçıvanın "İslam Mədəniyyətinin Paytaxtı - 2018” missiyasını uğurla yerinə yetirməsi barədə də ətraflı məlumatlar veriləcək. Bu maarifləndirici tur-aksiya gənclərin tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmalarına böyük töhfə verir. Layihə məktəblilərin dünyagörüşünün daha da zənginləşməsinə kömək edir, məktəblilər tur-aksiya zamanı Vətənimizin inkişafını öz gözləri ilə görür və yeni biliklər əldə edirlər.

Şagirdlər, müəllimlər, valideynlər bu cür şəraiti yaratdığı üçün Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Tədbirdə Yasamal rayon 22 saylı Musiqi Məktəbinin, İncəsənət Gimnaziyasının və 4 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri bədii kompozisiyalarla çıxış ediblər.

Sonra iştirakçılar onlar üçün ayrılan xüsusi avtobusla Heydər Əliyev Beynəlxalq Aeroportuna yola düşüblər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM