Alternative content

12:12 20 Mart 2019
ONLINE XƏBƏR LENTİ
01:41 20.03.2019 Sarsılmaz birlik
01:30 20.03.2019 Növbəti simpozium
01:13 20.03.2019 Xalq oyunları
01:11 20.03.2019 Birlik bayramı
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yevlax məktəbliləri ölkəmizin cənub bölgəsi ilə yaxından tanış olacaqlar
Yevlax məktəbliləri ölkəmizin cənub bölgəsi ilə yaxından tanış olacaqlar
ANA SƏHİFƏ / CƏMİYYƏT
13:24 15.03.2019

Yevlax rayonunun məktəbliləri "Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Lənkəran, Masallı və Astara rayonlarının görməli yerləri, təbiəti, tarixi abidələri və müasir inkişafı ilə tanış olacaqlar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tur-aksiyada iştirak edən məktəblilər və valideynlərlə keçirilən görüşdə Yevlax Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Məmmədova, təhsil şöbəsinin müdiri Zərifə Məmmədova, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədr müavini Əli Quliyev şagirdlərə turun məqsədi barədə məlumat veriblər. Bildirilib ki, layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.

Diqqətə çatdırılıb ki, ölkəmizin cənub bölgəsi sitrus bağları, çay və çəltik plantasiyaları, səfalı məkanları ilə tanınır, tarixi yerləri, özünəməxsus adət-ənənələri ilə seçilir. Lənkəran, Masallı və Astara rayonları ilə tanışlıq şagirdlərdə yüksək təəssüratlar yaradacaq, dünya görüşlərinin formalaşmasında mühüm rol oynayacaq. Yevlax rayonunun məktəbliləri 4 gün ərzində Lənkəranda Heydər Əliyev Mərkəzi, Bayraq Meydanı, Gənclər Mərkəzi, Hirkan Milli Parkı, Xanbulan gölü, çay plantasiyaları və sitrus meyvə bağları ilə tanış olacaq, Astara rayonunda Heydər Əliyev Mərkəzinə, Gənclər Mərkəzinə, Bulvara, çay fabrikinə və "Yanar Bulağ”a, Masallı rayonunda isə Heydər Əliyev Mərkəzinə, Tarix-diyarşünaslıq muzeyinə, Heydər Əliyev parkına, Uşaq İncəsənət məktəbinə, Bayraq Meydanı və Dövlət Rəmzləri muzeyinə, Olimpiya İdman Kompleksinə, "ASAN həyat” kompleksinə və Viləşçay su anbarına ekskursiya edəcəklər.

Rayon ictimaiyyətinin nümayəndələri, təhsil işçiləri və valideynlər məktəblilərə səfərlərinin xoş və mənalı keçməsi üçün tövsiyələr veriblər. Tur-aksiya iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin büstü önünə tər çiçəklər düzüb, dahi rəhbərin həyat və fəaliyyətini əks etdirən fotolarla, tarixi sənədlərlə tanış olublar.

Şagirdlər onlar üçün ayrılmış avtobusla cənub bölgəsinə yola düşüblər.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM