Alternative content

19:32 16 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
17:19 16.07.2019 Fransalı akademik tutuldu
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Ölkəmizi tanıyaq”: Kürdəmir məktəbliləri Tovuza yola düşüblər
“Ölkəmizi tanıyaq”: Kürdəmir məktəbliləri Tovuza yola düşüblər
ANA SƏHİFƏ / CƏMİYYƏT
13:22 15.03.2019

Kürdəmir rayonundan olan 40 nəfər yuxarı sinif şagirdi "Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində martın 15-də Gəncə-Şəmkir-Göygöl-Tovuz-Qazax-Ağstafa marşrutu üzrə yola salınıb. Bu münasibətlə Heydər Əliyev parkında yolasalma mərasimi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasim iştirakçıları əvvəlcə parkda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər. Sonra məktəblilər Heydər Əliyev Mərkəzinə gəlib, burada Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən guşələrlə tanış olublar.

Valideynlərin və müəllimlərin də iştirak etdikləri mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov maarifləndirici tur-aksiyaların məktəblilərin vətənpərvərlik tərbiyəsində, onlarda azərbaycançılıq ideologiyasının formalaşmasında mühüm əhəmiyyətindən danışıb. İcra hakimiyyətinin başçısı, eləcə də digər çıxış edənlər Azərbaycanın tarixinə qısa nəzər salaraq, İrəvan xanlığı və digər ərazilərimiz hesabına Ermənistan dövlətinin yaradılmasından, ötən əsrin 90-cı illərində torpaqlarımızın 20 faizinin işğalından, bir milyondan çox azərbaycanlının öz dədə-baba yurdlarından didərgin salınmasından, Xocalı soyqırımından, işğal edilən ərazilərimizdə tarixi abidələrin, maddi-mədəniyyət nümunələrinin məhv edilməsindən danışaraq, bütün bunlar barədə şagirdlərin ətraflı məlumatlara yiyələnmələrinin vacibliyini bildiriblər.

Çıxış edənlər məktəblilərə Gəncə-Şəmkir-Göygöl-Ağstafa-Qazax-Tovuz bölgəsinin tarixi və mədəniyyət abidələri, adət-ənənələri, sosial-iqtisadi həyatı, bugünkü dinamik inkişafı barədə zəngin məlumatlar almağı tövsiyə ediblər.

Övladı tur-aksiyada iştirak edən Rauf İsmayılov AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində deyib: "Uşaqlarımız bu səfərdən çox şey qazanacaqlar. Həm gözəl istirahət edəcək, həm Azərbaycanımızın bölgələri ilə yaxından tanış olacaq, tariximizin bizə gəlib çatan yadigarları barədə məlumatlandırılacaq, həm də Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın bugünkü sürətli sosial-iqtisadi inkişafını gözləri ilə görəcəklər. Əminəm ki, onlar səfərdən zəngin təəssüratlarla qayıdacaqlar”.

Sonra məktəblilər avtobusa əyləşərək Tovuza yola düşüblər.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM